İdman 23.10.2026 00:01

Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO

Oktyabrın 24-25-də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 5-ci turun oyunları keçiriləcək.

Rakus.az xəbər verir ki, A və B qrupları üzrə şənbə və bazar günləri 4 qarşılaşma ilə yadda qalacaq. Belə ki, oktyabrın 24-də saat 17:00-da AzTV-Əmirxeyir, saat 18:00-da isə AZƏRTAC-Veteranlar yaşıy sahəyə çıxacaq.

Komandaların heyətləri belədir:

AzTV – (forma-ağ) – Cavid Abbasov, Nurlan Budaqov, Fərid Məmmədov, Rufan Qasımov, Nəriman Rizvanov, Eldar Soltanov, Fəxrəddin Zahidov, Ümid Süleymanov, Paşa Cəbrayılov, (Səlim Abbasov 46+, Rəşad Əhmədov, İlkin Mirzəyev-lipalar). Məşqçi Teymur Qasımov, koordinator Zahir Bayramov.

Əmirxeyir – (forma – qırmızı) – Rauf Məhəmmədov, Elnur Ağamalıyev, Tural Nağıyev, Samir İbrahimov, Emil Qurban zadə, Ümman Ağamalıyev, İlkin Kərimli, Elvin Mustafayev, Ramazan Abbasov, Bəxtiyar. Komandanın rəhbəri: Murad Abdullayev. Məşqçi köməkçisi Fariz Ağamalıyev.

AZƏRTAC – (forma-sarı-ağ) – İlkin Cavanşirov, Balamir Əzimov, Roman İsmayılov, Natiq Musayev, Heydər Məmmədov, Vurğun Məmmədov, Elmir Səftərov, Fuad İsmayılov, Orxan Kərimov, Samir Hacıyev, Mikayıl Məmmədov, Rəşad Xudiyev, Abbasəli Yadigarov, Hikmət Əhmədov, Ziya Ağazadə, Vüqar Əmrullayev, Fərid Səlimov, Vüsal Nəbiyev.

Veteranlar – (forma- qara) – Abbas Rəhimov, Natiq Vəliyev,  Şükür Məmmədalıyev, Şükür Verdiyev, Araz Qurbanov, Toğrul Süleymanov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Elçin Mustafayev, Rəşad Məmmədalıyev, Aqil Qurbanov,  Murad Vəliyev, Müsayir Məmmədov, Asiman Məhəmmədəli, Zaur Hüseynov. Məşqçi İsrafil İsmayılov.

Oktyabrın 25-də isə B qrupu üzrə saat 17:00-da ATV-Qaraqoyunlu, saat 18:00-da APA-MEDİA komandaları qarşılaşacaq.

Komandaların heyətləri belədir:

ATV – (forma-göy) – Emin Abbaslı, Hüseyn Abasov, Azər Nağıyev, Famil Hüseynov, Rauf Hüseynov, Tamerlan İmanov, Rüstəm Rüstəmov, Niyazi Səlimbəyli, Alim Kərimov, Hüseyn İsgəndərov, Ülvi Yafəzli, Orxan Əliyev, Umar İsayev. Məşqçi Nicat Abbasov.

Qaraqoyunlu – (forma- sarı) – Ramil Səfərov, Fuad Abdullayev, Tural Səfərov, Taleh Pirverdiyev, Təhmasib İsmayılov, Orxan Əsgərov, Əvəz Abdullayev, Firuz Zeynalov, Oktay Süleymanov, Harun Pirməmmədov, Bəşir Allahverdiyev, Şəhriyar Hacıyev, Niyaz Abdullayev, Əli Mamoyev, Baş məşqçi Pirməmməd Xəlilov, məşqçi köməkçisi Nürəddin Mustafayev.

APA– (forma- qırmızı-qara) – Rasim Sultanzadə, Ulucay Məmmədov, Əmir Quluzadə, Ağa Cəfərov, Aqil Lətifov, Rahib Ələsgərov, Rüstəm Məmmədov, Murad Şirinov, İsmayıl Xeyrullayev, Kamran Məhərrəmov, Şair Abdulla, Rəşad Aslanlı.

MEDİA – (forma-qara-qırmızı) – Vüqar Qarayev, Elmir Məlikov, İman Məcidov, Əhməd Mahmudov, Cavidan Şükürov, Xanoğlan İmanov, Bağırağa Cəfərli, Əli Tağıyev, Məsim Məsimzadə, Vilayət Babayev, Rafiq Axundov, Ülvi İsmayılov, Muhammad Əliyev.

Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri Ramin Nanazov və Kənan Məlikov idarə edəcəklər.

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.

Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.

OYUNLARIN CƏDVƏLİ

26 Sentyabr, Şənbə

I TUR

17:00 — AzTV – AZƏRTAC – 4:2

18:00 — Veteranlar – Əmirxeyir – 4:2

 27 Sentyabr, Bazar

17:00 — ATV – APA – 10:4

18:00 — MEDİA – Qaraqoyunlu – 2:7

xxx

3 Oktyabr, Şənbə

II TUR

17:00 — Xəzər TV – Baku Ws – 6:1

4 Oktyabr, Bazar

16:00 — Zəfər-44 – Ardanış – 3:3

17:00 — CBC Sport – AnewZ – 5:0

18:00 — Gəncəvi Media – VƏTƏN 1:4

xxx

10 Oktyabr, Şənbə

III TUR

17:00 — AzTV-Veteranlar – 4:5

18:00 — AZƏRTAC-Əmirxeyir – 2:10

11 Oktyabr, Bazar

17:00 — ATV- MEDİA – 5:1

18:00 — APA-Qaraqoyunlu – 4:5

xxx

17 Oktyabr, Şənbə

IV TUR

17:00 — Xəzər TV –  Zəfər-44 – 7:1

18:00 — BakuWS –  Ardanış -3:5

18 Oktyabr, Bazar

17:00 — CBC Sport –  Gəncəvi Media – 2:7

18:00 — AnewZ –  VƏTƏN – 5:3

xxx

24 Oktyabr, Şənbə

V TUR

17:00 — AzTV –  Əmirxeyir

18:00 — AZƏRTAC – Veteranlar

25 Oktyabr, Bazar

17:00 — ATV – Qaraqoyunlu

18:00 — APA –  MEDİA

xxx

31 Oktyabr, Şənbə

VI TUR

17:00 — Xəzər TV  – Ardanış

18:00 — BakuWS – Zəfər-44

1 Noyabr, Bazar

17:00 — CBC Sport – VƏTƏN

18:00 — AnewZ – Gəncəvi Media

 

7 noyabr – 1/4

A1-B2 – 17:00

C1-D2 – 18:00

 

 8 noyabr – 1/4

17:00 B1-A2

18:00 D1-C2

 

14 noyabr – YARIMFİNAL

17:00 A1/B2 – C1/D2

18:00 B1/A2 – D1/C2

 

15 noyabr – 3-cü yer

FİNAL – MÜKAFATLANDIRMA

17:00/18:00

XƏBƏR LENTİ
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO
Sosial / 17.10.2026 12:01
“Bu dövrdə kim anasına baxır?!” – O VAXTLAR - VİDEO
İdman / 16.10.2026 00:05
Şəhid Jurnalistlərin Xatirə Turnirində 4-cü tur başlayır - FOTO
Elm və təhsil / 15.10.2026 11:22
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Sosial / 14.10.2026 11:36
“Ayağımı yumağa 5 manat alır” – “Arzunun vaxtı” - VİDEO
İdman / 14.10.2026 07:22
Xatirə Turnirinin 3-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO