Səhiyyə Nazirliyi xəsarət alanlarla bağlı məlumat yaydı
Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Rakus.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Nizami rayonu, 8- ci kilometr bazarının yanında, iki marşrut avtobusunun toqquşması barədə məlumat təcili tibbi yardıma saat 22:20-də daxil olub. Hadisə yerinə 5 briqada yollanıb. Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.
3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.