Rusiyanın Yamalo-Nenets muxtar dairəsinin sakinləri qeyri-adi bir təbiət hadisəsini müşahidə ediblər. Belə ki, səmada bir anda üç günəş görünüb.
Rakus.az xəbər verir ki, bu optik fenomen günəş halosu adlanır.
Halo – Günəş və Ay ətrafında yaranan işıltılı halqadır.
O, yerdən 5-10 km yüksəklikdə lələkvari buludların buz kristallarında işığın sınması və əks olunması nəticəsində yaranır.
Halo da göy qurşağı və qütb parıltısı kimi optik atmosfer hadisəsidir.