Təxribatçı “Wor Gonzo” kanalı növbəti yalan informasiya yayıb.
Rakus.az xəbər verir ki, belə ki, kanalın təxribatçı əməkdaşı Semyon Peqov “canlı yayım”da Şuşada olduğunu iddia edib. Lakin, paylaşılan fotonun çəkildiyi məkanın koordinatları (39°49’04″N 46°45’00″E) müəyyən olunub.
Məlum olub ki, Şuşada olduğunu deyən S.Peqov əslində Şuşadan 5 km aralıda yerləşən Xankəndinin mərkəzində olub.