Dünya 30.03.2020 17:45

“Şərq Tərəfdaşlığı” ölkələrinə 140 milyon avro ayrıldı

Avropa Komissiyası koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla “Şərq Tərəfdaşlığı” ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

Rakus.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Vareli bildirib ki, hazırda çox ağır bir dövrdür: “Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk”.

Avropa Komissiyası tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın müraciətlərinə əsasən, altı ölkəni süni tənəffüs aparatları da daxil olmaqla zəruri tibbi avandalıqlarla təmin edəcək. Ayrılan vəsait həmin ölkələrin təcili diqqət tələb edən ehtiyaclarına cavab verməyi nəzərdə tutur.

Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə çalışır.

Qurum zəruri ləvazimatların birlikdə, səmərəli şəkildə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması məqsədilə 30 milyon avro ayırıb.

Bu vəsaitlər həm də tibb müəssisələri və laboratoriyaların işçi heyətinə təlimlərin keçirilməsi və daha böyük əhali kütləsi üçün maarifləndirmə işlərinin aparılması istiqamətində yerli səhiyyə qurumlarını dəstəkləyəcək.

Avropa Komissiyası vətəndaş cəmiyyəti təşkilatlarına kiçik qrantlar şəklində 11,3 milyon avrodan artıq vəsait ayırıb.

“Şərq tərəfdaşlığı” Proqramına Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan daxildir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollarlıq tibbi yardım göstəriblər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO