“Sinopharm” şirkətinin peyvəndi təsdiqləndi
Çin Dövlət Tibbi Məhsullar Administrasiyası “China National Biotec Group” (Sinopharm) şirkətinin yeni növ koronavirusa qarşı hazırladığı peyvəndi təsdiqləyib.
Rakus.az xəbər verir ki, bunu administrasiyanın sədr müavini Çen Şifey dekabrın 31-də Pekində keçirdiyi mətbuat konfransında açıqlayıb. Bildirib ki, bununla “Sinopharm”ın peyvəndinin marketinqinə icazə verilib.
Çen Şifey deyib ki, 3-cü mərhələdə kliniki sınaqların ilkin nəticələrinə əsasən, “Sinopharm”ın hazırladığı peyvəndin COVID-19 infeksiyası əleyhinə effektivliyi 79,34 faiz olub. Bu rəqəm Çin Dövlət Tibbi Məhsullar Administrasiyası ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının da standartlarına uyğundur. Administrasiya “Sinopharm” şirkətinə peyvəndin satışını həyata keçirməklə yanaşı, 3-cü mərhələ sınaqları və müvafiq aradşırmaları davam etdirməyi tapşırıb.