Dünya 21.12.2020 11:28

“SOCAR Petroleum” elektrik nəqliyyat infrastrukturunu sərmayə qoyur

“SOCAR Petroleum” QSC CZAR şirkəti ilə birlikdə Azərbaycanda elektrik nəqliyyat infrastrukturunu inkişaf etdirəcək.

Rakus.az xəbər verir ki, bu barədə “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Bildirilib ki, ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC, ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı və təşviqi sahəsində ixtisaslaşan Sinqapurun CZAR şirkəti ilə Azərbaycanda elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun inkişafında əməkdaşlıq haqqında müqavilə imzaladılar.

Bu müqavilə 2021-ci ilin birinci yarısı ərzində bütün SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün şarj avadanlıqlarının quraşdırılmasını əhatə edəcək. Həmçinin, “SOCAR Petroleum” QSC və CZAR şirkəti arasındakı əməkdaşlıq çərçivəsində xüsusi seçilmiş SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün servis mərkəzləri yaradılacaq.

Beləliklə, bu müqavilənin həyata keçirilməsi nəticəsində SOCAR brendli bütün yanacaqdoldurma məntəqələrini elektrikli nəqliyyat vasitələri də daxil olmaqla bütün növ nəqliyyat vasitələri istifadəçilərinin ehtiyaclarını ödəməyə hazır olan multi-yanacaqlı yanacaqdoldurma məntəqələri şəbəkəsinə çevirmək istiqamətində atılacaq daha bir vacib addımdır.

Elektrikli nəqliyyat infrastrukturunun inkişafı sahəsində yaranan əməkdaşlıq, elektrikli nəqliyyat vasitələrinə olan tələbatı artıracaq müvafiq bir istismar mühiti yaratmağı hədəfləyir. Bu baxımdan, “SOCAR Petroleum” QSC və CZAR şirkəti bu müqavilənin həyata keçirilməsini Azərbaycanda elektrik nəqliyyat bazarını inkişaf etdirən və böyük sosial əhəmiyyətə və iqtisadi perspektivlərə malik bir layihə kimi qiymətləndirir. İnkişaf etmiş bu kimi infrastruktur, elektrikli nəqliyyatın istifadəsi, fərdi və korporativ istifadəçilərin əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaqdır.

Bu layihənin ekoloji komponentini xüsusilə vurğulamaq vacibdir. Çünki elektrikli nəqliyyat vasitələri daxili yanma mühərrikli avtomobillərdən fərqli olaraq zəhərli istixana qazları buraxmırlar ki, bu da atmosferə atılan zərərli tullantıların azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcək.

“SOCAR Petroleum” QSC 36 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət avtomobil yanacağı və neft məhsullarının satışı şəbəkəsinə sahibdir. CNG-nin mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR Petroleum” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir.

“SOCAR Petroleum” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin istək və ehtiyaclarını təmin etməkdir.

CZAR International PTE LTD, nəqliyyat sektorunda və kənd təsərrüfatında ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı, tətbiqi və təşviqi ilə məşğul olan Sinqapur mərkəzli bir şirkətdir. Şirkət rəhbərliyi bu seqmenti iqtisadi və ekoloji baxımdan son dərəcə perspektivli hesab edərək, Azərbaycanda elektrikli nəqliyyat vasitələrinin tətbiqinə yönəlib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO