Son bir gündə karantin rejimini pozanların STATİSTİKASI
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 07.04.2020-ci il saat 00:00-dan 08.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Rakus.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinədən (BDYPİ) verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 07.04.2020-ci il saat 00:00-dan 08.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 569 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
xxx
Son 7 gün ərzində xüsusi karantin rejiminin pozulmasına görə 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinədən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8 514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.