Space TV-nin əməkdaşları cəzalandırıldı
Dünəndən tənqidlərə məruz qalan Space TV bu gün “Hər səhər” verilişi ilə bağlı dəyişiklik edib.
Rakus.az xəbər verir ki, proqramın aparıcısı Anar Vaqifoğlu bu gün efirə buraxılmayıb. Onu tanınmış aktyor Çingiz Əhmədov əvəzləyib.
Verliş bitər-bitməz aparıcı Anar Vaqifoğlunu yanına çağıran “Space” telekanalının rəhbəri Vaqif Mustafayev onu işdən qovub. “Hər Səhər” verlişinin səs rejissoru Etibar adlı şəxsin də işinə son verib. Rüfət Axundov və Rəşad İlyasovun bir daha efirə çağırılmamasını tapşırıb.
Xatırladaq ki, “Hər səhər”in ötən həftəki buraxılışında Rüfət Axundov və Rəşad İlyasov mahnı oxuyarkən qeyri-etik ifadələrdən istifadə edib.
MTRŞ isə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib,iş məhkəməyə göndərilib.