Dünya 05.04.2019 09:38

YENİLƏNDİ: Sülhdən hər kəs faydalanacaq – Moqerini - VİDEO

Aprelin 4-də Avropa İttifaqının xarici işlər komissarı ümid etdiyini bildirib ki, “inşaallah çox tezliklə” Avropa İttifaqı və Azərbaycan arasında yeni ticari və siyasi razılaşmanın hazırlığı başa çatdırılacaq.

Rakus.az xəbər verir ki, Avropa İttifaqının media platforması olan Euractiv saytı yazır ki, hazırda Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər 1999-cu ildən bəri qüvvədə olan Partnyorluq və Əməkdaşlıq Sazişinə əsaslanır.

Euractiv yazır ki, 2017-ci ildən yeni saziş çərçivəsi barədə danışıqlara başlanıb. Danışıqların yekunlaşmasına az qalıb, lakin həllini tapmayan bəzi məsələlər qalır.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yüksək nümayəndəsi Federika Moqerini deyib ki, Brüssel və Bakı “yeni ambisiyalı ikitərəfli sazişə” dair danışıqların “yekun və həlleci mərhələsindədir”.

Euractiv xatırladır ki, Avropa İttifaqı ilə assosiasiya, habelə “dərin və hərtərəfli azad ticarət” sazişləri imzalamış Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycan Brüssellə ticarətə dair bir sıra məqamlarda mövqeyini yaxınlaşdıra bilməyib.

 

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu məqamları “texniki məsələlər” adlandırıb, lakin qeyd edib ki, Bakı danışıqlarda tam açıqlıq nümayiş etdirir.

Euractiv saytı Moqerini və Məmmədyarovdan daha spesifik danışmağı xahiş etsə də, Avropa komissarı deyib ki, “danışıqların qızıl qaydası təfərrüatlar barədə açıq şərhlər verməməkdir”.

Moqerini Euractiv müxbirlərinin bu barədə sualına cavab olaraq deyib: “O yerdə ki, güclü siyasi iradə var, qalan məsələlər reallaşa bilər, odur ki, inşaallah biz bu məqsədə çata bilərik”.

Mətbuat üçün çıxışında xanım Moqerini habelə son zamanlar Azərbaycan və Ermənistan arasında təmasların artması məsələsinə toxunub və bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli təkcə iki ölkə üçün yox, bütün region üçün faydalı ola bilər.

Federika Moqerini deyib ki, o, Elmar Məmmədyarovla həm də Azərbaycanda demokratiyanın, qanunun alililiyinin və insan haqlarının vəziyyətini müzakirə edib.

Avropa komissarı deyib ki, “biz Azərbaycanda vətəndaş cəmiyyətinin və insan haqları müdafiəçilərinin hərəkət məkanının hələ də məhdud olaraq qaldığını müşahidə edirik, lakin prezident İlham Əliyevin “siyasi məhbusları” əfv etməsini alqışlayırıq”. (amerikaninsesi.org)

 

04.04.2019   16:11

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəs faydalanacaq.

Rakus.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.

O qeyd edib: “Ötən həftə ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi ilə Azərbaycan və Ermənistan liderlərinin müsbət görüşünün şahidi olduq. Ali səviyyədə təmasların genişlənməsi və atəşkəs rejiminin pozulmasının əhəmiyyətli dərəcədə azalması bizdə prosesin irəliyə doğru hərəkət edə biləcəyinə ümidlər yaradır”.

F.Moqerini bildirib ki, davamlı sülhdən təkcə Azərbaycan və Ermənistan vətəndaşları deyil, bu ölkələrdən kənarda da faydalanacaqlar, çünki davamlı sülh bütün regiona öz potensialını reallaşdırmağa kömək edəcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO