Suriyada İŞİD-in minaları zərəsizləşdirilir
ABŞ-ın dəstəyi ilə Suriya döyüşçüləri İŞİD üzərində qələbə elan etməsindən sonra ərazilərin partlayıcılardan təmizlənməsinə başlayıb.
Rakus.az xəbər verir ki, silahlıların son dayanacağı olan kənd partlayıcılarla doludur. Döyüşçülər minalar və intihar kəmərlərini zərərsizləşdirirlər.
ABŞ-ın dəstəklədiyi qüvvələr Suriyanın şimal-şərqində Bağuz şəhəri üzərində bayraqlarını dalğalandırıb və İŞİD terror qrupunun elan etdiyi xilafətin artıq mövcud olmadığını bildirib.
Şənbə günü Suriya Demokratik Qüvvələrinin uzun müddətdir gözlənilən açıqlaması gecə boyu keçirilən bir sıra koalisiya hava hücumlarından sonraya təsadüf edib.
Hava hücumları Fərat çayı ətrafında kiçik əraziləri tutmağa çalışan yüzlərlə İŞİD döyüşçüsünü hədəf alıb. Günəş onların olduqları torpaqlara işıq saçmağa başlayanda isə onlar müqavimət göstərə bilməyib.
Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustada Bali “Twitter”də yazıb: “Bağuz kəndi tamamilə azad edilib. Suriya Demokratik Qüvvələri xilafətin tamamilə məhv edildiyini və İŞİD-in ərazilərinin 100 faiz əlindən alındığını elan edir. Biz dünyanı xilafətin aradan qaldırılması səbəbilə təbrik edirik”.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın bənzər açıqlamasından 12 saat sonraya təsadüf edib. O, müvəqqəti müdafiə naziri Patrik Şanahanla qısa görüşdən sonra onunla birlikdə Air Force One təyyarəsində səfər edən müxbirlərə İŞİD-in “100 faiz məğlub olduğunu”söyləyib.
Lakin ABŞ-ın müdafiə rəsmiləri və Suriya Demokratik Qüvvələri dərhal D.Trampın açıqlamasını təkzib edib.