Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
“Şuşa şəhərində də vaksinlərin saxlanma məntəqələri qurulmaqdadır və fəaliyyət göstərəcək”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində çıxış edərkən deyib.
“Pandemiyanın davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulları hələ hazır deyil”.
Onun sözlərinə görə, dünyanın və ölkənin pandemiyada uğur qazanması üçün əhalinin təxminən, 60 faizində virusa qarşı immunitet formalaşmalıdır: “Bu göstəricilərin bir hissəsi yoluxub sağalmış, digər hissəsi isə peyvənd olunmuş şəxslərdə formalaşır”.
O deyib ki, vaksinlərin alınması Koronavirusla Mübarizə Fonduna toplanmış vəsait hesabına, digər xərclər isə dövlət hesabına reallaşdırılır.