Tailand çox maraqlı ölkədir – PROFESSOR - FOTO
“Tailand çox maraqlı və təzadlı ölkədir”.
Rakus.az xəbər verir ki, bunu tanınmış jurnalist, professor Qulu Məhərrəmli Tailandla bağlı qısa təəssüratlarında yazıb.
“Hazırda Banqkokdayam-Tailandda. Çox maraqlı və təzadlı ölkədir. Özlərinə “azad xalq” deyən taylar zorakılığa qarşı çıxıb dincliyi əsas götürən BUDDA təliminə uyğun rahat həyat yaşayırlar. Çaupxraya çayının ikiyə böldüyü paytaxtın hər qarışında qədim tarixin izləri var. Parıltılı məbədlər və kral sarayları xeyli cazibədardır. 70 milyonluq ölkə əhalisinin yarısı aqrar sahədə çalışır. Bahalı yer deyil. Dövlət büdcəsi 85 milyard dollar, ümumi daxili məhsulun (ÜDM) həcmi isə 455 milyard dollardır. Büdcə gəlirinin təxminən 10 faizi turizmin payına düşür. Ölkəyə hər il 30 milyondan çox turist gəlir…”