Dünya 01.03.2020 23:39

“Taliban”la imzalanan tarixi razılıq – Trampın vədi – TƏHLİL - FOTO

Birləşmiş Ştatlar və “Taliban” şənbə günü Dohada razılıq əldə edib. Bu razılıq Əfqanıstanda 19 ilə yaxındır davam edən müharibəyə son qoyulması və ölkəyə yerləşdirilən minlərlə amerikalı əsgərlərin geri gətirilməsi üçün zəmin yaradır.

Rakus.az xəbər verir ki, ABŞ-ın baş vasitəçisi Zalmay Xəlilzad və “Taliban”ın siyasi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Baradar razılığı Qatarın paytaxtında bir hoteldə keçirilən mərasimdə imzalayıblar. Mərasimdə ABŞ-ın dövlət katibi Mayk Pompeo və bir sıra ölkələrin xarici işlər nazirlərləri iştirak ediblər.

Ağ Ev razılıq imzalanandan sonra yaydığı bəyanatda bildirib ki, prezident Donald Tramp Əfqanıstanda sülh əldə etmək yolunda irəliləməklə ABŞ qoşunlarını xaricdə bitməyən müharibələrdən geri gətirmək vədini yerinə yetirir.

“Talibanla Əfqanıstanda münaqişəyə son qoymaq üçün lazım olan mühüm öhdəlikləri təmin edəcək razılıq əldə olunub. Hələ görüləsi işlər qalsa da, bu irəliləyiş sülh üçün tarixi bir imkandır,” – bəyanatda yazılıb.

Razılığa əsasən Vaşinqton və müttəfiqləri Əfqanıstan torpaqlarının transmilli terrorçu qruplara sığınacaq olmayacağına dair zəmanətlər müqabilində bütün hərbi qüvvələri 14 ay ərzində Əfqanıstandakı beş bazadan çıxaracaqlar.

İlk 135 gündə Əfqanıstandakı Amerika əsgərlərinin sayı təxminən 13 mindən 8600-ə azaldılacaq.

“Taliban” həmçinin Əfqanıstandakı maraqlı tərəflərlərlə müharibədən sonra daimi atəşkəs və hakimiyyətin bolgüsü ilə bağlı sülh danışıqları aparacağını vəd edib. Əfqanıstan daxilində danışıqların 10 gün ərzində başlayacağı gözlənilir. Bu danışıqlardan öncəki günlər ərzində Əfqanıstan höküməti 5 min Taliban məhbusunu azadlığa buraxacaq, qiyamçılar isə 1000 məhbusu azadlığa buraxmalı olacaq.

ABŞ-ın dövlət katibi Mayk Pompeo
ABŞ-ın dövlət katibi Mayk Pompeo

“Əgər biz razılaşdığımız öhdəliklər və vədlərlə bağlı konkret addımlar atmasaq, razılıq heç bir məna kəsb etməyəcək və bugünkü xoş hisslər çox davam etməyəcək”, – Pompeo Dohada imzalama mərasimi zamanı söyləyib.

O bildirib ki, Əfqanıstanlar öz talelərini Əfqanıstan daxilindəki danışıqlar vasitəsilə müəyyən edəcək. “ABŞ-la “Taliban” arasında razılıq əfqanların bunu etməsi üçün şərait yaradır.”

“Taliban”ın Pakistanda yaşadığı deyilən başçısı Haibatullah Axundzadə döyüşçülərini sülhə əməl etməyə çağırıb və bu razılığı qiyamçı qrup üçün qələbə adlandırıb.

“Bu qələbə bütöv müsəlman və mücahid xalqların birgə qələbəsidir. Bütün xarici qüvvələrin Əfqanıstandan çıxarılmasına dair razılıq sözsüz ki, böyük nailiyyətdir”, – Axundzadə mediaya verdiyi bəyanatda bildirib.

Pomepo imzalama mərasimində deyib ki, “qələbə elan etmək istəyi olacaq”, lakin onun sözlərinə görə, onlar sülh içində yaşayıb, çiçəkləndiyi zaman qəlbə çalacaq.

Dövlət katibi həmçinin qeyd edib ki, Əfqanıstan daxilində dialoq prosesi çətin keçəcək.

Müdafiə naziri Mark Esper də Əfqanıstan höküməti ilə birgə bəyanat yayaraq Əfqanıstanı tərəfdaşların ABŞ-ın başçılığı ilə sülh prosesinə öhdəliklərini yerinə yetirəcəklərinə inandırıb.

Esper şənbə günü Kabilə səfəri zamanı deyib ki, “Taliban” tərəfinin ödhəliklərini yerinə yetirməməsi Vaşinqtonu razılıqdan geri çəkilməyə vadar edə bilər.

“Əgər Taliban öhdəliklərini yerinə yetirməsə, onlar digər əfqanlarla ölkələrinin gələcəyi ilə bağlı danışıqlar aparmaq şansını itirəcəklər. Bundan əlavə Birləşmiş Ştatlar da razılığı ləğv etməkdə tərəddüd etməyəcək”, – Esper xəbərdarlıq edib.

Əfqanıstanın prezidenti Əşrəf Qani Esper və NATO-nun baş katibi Yens Stoltenberqlə danışıq zamanı deyib ki, onun höküməti ölkədə sülhü təşviq etmək üçün “Taliban”la daha geniş danışıqlar aparmağa hazırdır.

ABŞ Əfqanıstana 19 il öncə 2001-ci ilin sentyabrın 11-də Birləşmiş ştatlara hücumdan sonra hərbi müdaxilə edib. ABŞ bu müdaxiləsinin ABŞ-a 1 trilyon dollara başa gəldiyini və təxminən 2400 amerikalı əsgərin ölümü ilə nəticələndiyini bildirir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO