Elm və təhsil 24.05.2025 22:48

“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Tanrı vergisini gizli saxlamaq lazımdır” adlı buraxılışda Dünya Türkologiya Mərkəzinin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu Türk xalqlarının qədim inanc sistemindən söz açıb.

O bildirib ki, Şamanizmlə tanrıçılıq eyni anlayışdır. Tanrı ilə əlaqə quran şəxs Kam adlanır.

Onun sözlərinə görə, xam adam həm də gözüaçıqdır: “Kəramət sahibi şamandır. Tanrı vergisini gizli saxlamaq lazımdır. Şamanizm islamda yaşayır”.

G.Yoloğlu Qıpçaq qələndərlərinin şahının necə olmasına, ölünün ruhunu Tanrı dərgahına yola salan şəxsin kimliyinə, eləcə də ölənin ruhunu geri çağıra bilən adamlar,  göydəki mələklər, yerin altındakı ölülərlə əlləşənlərlə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 24-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 24.05.2025 22:48
“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO
Sosial / 23.05.2025 13:22
“40 ildir kəndim üçün darıxıram” – Mübariz Qənbərovun “Həyat Hekayəsi” - VİDEO
Sosial / 23.05.2025 11:49
Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”
Siyasi, Təhlil / 22.05.2025 22:56
Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO
Siyasi / 22.05.2025 13:50
Ermənistan boşaldılır – ANONS - VİDEO
Siyasi / 21.05.2025 22:31
“Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar” - VİDEO
Siyasi / 21.05.2025 14:22
Ermənistan avaralar ölkəsinə çevrilib – ANONS - VİDEO
Siyasi, Sosial / 20.05.2025 22:32
Açıxlı, Acıbac, Acılu – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 20.05.2025 19:48
“Hind mədəniyyəti əsasən müsəlman-türk mədəniyyətinin irsidir” - VİDEO
Siyasi, Sosial / 20.05.2025 14:22
Ermənilərin ölü kəndə çevrdiyi türk yurdu – ANONS
Müsahibə, Siyasi / 20.05.2025 13:45
“Türkiyəsiz Yaxın Şərqdə sülh mümkün deyil” – ANONS
Müsahibə, Video müsahibə / 19.05.2025 22:40
“Azərbaycanlıların 52 faizi yenidən Qafana qayıtmışdı” - VİDEO
İdman, Sosial / 19.05.2025 10:18
Çəmbərək Rayon İcması gənclərə hər zaman dəstək verir - FOTO
Mədəni / 17.05.2025 22:15
“Xalçada, abidədə, məzar daşında, zərgərlikdə türk nişanları” - VİDEO
Siyasi, Sosial / 16.05.2025 22:05
“Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.05.2025 14:22
“Vətən üçün burnumun ucu göynəyir” – Güllü Qocayevanın həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 22:54
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 14:22
“Zəngəzurda böyük eksklav yaradılacaq?” – ANONS - VİDEO
Siyasi, Sosial / 14.05.2025 22:23
Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını - VİDEO
Siyasi, Sosial / 14.05.2025 13:37
Tumanyanın fahişə diplomatiyası – ANONS - VİDEO
Mədəni / 14.05.2025 09:22
Bakıda “Muğam” Televiziya Müsabiqəsinə start verilib - FOTO - VİDEO
Siyasi, Sosial / 13.05.2025 22:57
Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 18:53
“İrəvan erməniləri Qarabağ ermənilərini niyə bəyənmirlər?” - VİDEO
Siyasi, Sosial / 13.05.2025 14:51
Hayların ölü kəndə çevirdiyi məkan – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 13:22
Qarabağ erməniləri qıpçaq albanların törəməsidir – ANONS - FOTO - VİDEO