Olay nəticəsində bazarın bir neçə bölməsində çox sayda mağazanın içindəki əşyalar ilə bərabər yandığı bildirilir.
“Nasr News” internet portalına istinadən “İki Qapılı Saray” bölməsində 100-dən artıq mağaza məhv olub.
Tarixi önəm daşıyan bəzi bölmələrə yanğınsöndürmə fəaliyyətləri zamanı ciddi zərərlər dəyib. Dövlət agentliyi İRNA-nın xəbərinə əsasən, yanğınsöndürənlər bəzi bölmələrdə dumanı çıxarmaq məqsədi ilə tavanı söküblər.
Rəsmi qurumlar yanğının səbəbləri haqda hələlik açıqlama verməyiblər.
Dünyanın ən qədim bazarlarından olan Təbriz Bazarı 2010-cu ildən bəri UNESCO-nun dünya mirası siyahısına daxil edilib.
Təbriz Bazarının İranın müasir siyasi tarixində önəmli yeri olub.