Dünya 06.04.2023 16:52

Tehran rejimi – müsəlmançılığı əlində saxtakarcasına bayraq edən – TƏHLİL

İran hakimiyyətinin daha bacarıqlı siyasət yürütdüyü, “2500 illik dövlətçilik tarixi” və s. bu kimi təriflərin təhrifdən başqa bir nəsnə olmadığı sübuta yetir. Kirdən, Sasanilərdən üzü bəri davam edən mif də dağılır. Bu rejim XI əsrdə Həsən Sabbah tərəfindən indiki İran ərazisində yaranmış Həşişləri (Xaşxaşiləri) xatırladır.

İran parlamentinin 210-a yaxın deputatı aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını “pisləyən” “bəyanat” qəbul edib. Yeri gəlmişkən, Fələstinin “İslami-Cihad” terrorçu qruplaşması da məsələyə buna oxşar münasibət bildirmişdi. İranlı deputatlar ölkənin Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıb. Onlar bunu “İslam dünyasının maraqlarına zidd” addım kimi təqdim ediblər. İran parlamentinin üzvləri ərəb və islam ölkələri hakimiyyətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını pisləməyə çağırıb. Deputatlar “Azərbaycan hökumətinin bu addımının bir çox mənfi siyasi nəticələrə səbəb olacağını” da vurğulayıblar. Səfirliyin açılmasını pisləmək üçün başqa əsas tapa bilməyən 210 deputat Fələstin məsələsindən yararlanmağa çalışıblar. Onlar İrandakı rejimi fələstinlilərin təəssübkeşi kimi göstərməyə çalışıblar. Parlamentarilər İran XİN-ə bütün islam ölkələrinə müraciət ünvanlamağı təklif edib.

Bu günlərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı keçmiş səfiri, şahzadə Türki bin Feysəl əl-Səud deyib ki, Krallığın İsraillə münasibətləri normallaşdırması üçün şərt Ərəb Sülh Təşəbbüsünə əməl etməkdir. 2002-ci il martın 28-də qəbul edilən bu təşəbbüs, əsasən, İsraillə hərtərəfli sülhə nail olmaq və ərəb-İsrail münaqişəsinə bir sıra şərtlərlə son qoymaq məqsədi daşıyır. 2019-cu ilin sentyabrında İsrail ilk dəfə olaraq Səudiyyə Ərəbistanını 1932-ci ildə Necid və Hicaz bölgələrinin vahid dövlətdə birləşdirilməsi şərəfinə milli bayram münasibətilə təbrik edib. Krallığın vəliəhdi Məhəmməd ibn Salmanın İsraillə münasibətləri normallaşdırmaq istiqamətində fəaliyyət göstərdiyi də məlumdur.

İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər 44 ildir pozulub. Bunun da çoxsaylı səbəbdən günahkarı Tehran rejimidir. Məsələn, 1987-ci il iyulun 31-də Məkkədə Həcc ziyarəti zamanı iranlı zəvvarlarla Səudiyyə Ərəbistanı polisi arasında toqquşma baş vermiş, nəticədə 402 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Hadisədən sonra tərəflər son dərəcə sərt bəyanatlar verdi və 1988-ci ildə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdi. İndi isə İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. Ötən gün Pekində İran və Krallığın xarici işlər nazirləri arasında görüş olub. Tərəflər səfirliklərin açılması barədə razılığa gəliblər.

İranla Bəhreyn arasında münasibətlərin bərpası istiqamətində danışıqlar gedir. Ölkənin deputatlardan ibarət nümayəndə heyəti bu yaxınlarda Manamada səfərdə olub. İki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Təxminən, bir il əvvəl İsraillə Bəhreyn arasında hərbi müqavilə imzalanıb. Məlumata görə, sənəddə iki ölkə arasında kəşfiyyat, hərbi və sənaye sahələrində əməkdaşlığın inkişafı nəzərdə tutulur. Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında da münasibətlər qurulub, inkişaf edir. Əmirlik İranda diplomatik missiya da açır. Misirlə İordaniyanın İsraillə diplomatik əlaqələri isə davam edir. Ərəb dünyası İsraillə münasibətləri genişləndirir. Belə bir halda “210 deputat” Azərbaycandan İsraildə diplomatik missiyasını açdığı üçün onlara şikayət edir. Azərbaycan və ərəb dövlətləri regionda əməkdaşlığa üstünlük verir. Rəsmi Bakı Fələstini tanıması və orada diplomatik nümayəndəlik açmaqla bunu təsdiqləyir.

İran hakimiyyəti isə müsəlman Azərbaycan torpaqlarının təəssübünü heç vaxt çəkməyib. Əksinə, bir qayda olaraq, işğalçının tərəfində durub, ona yardım edib. Elə bu rejimin deputatları da Ermənistanın Azərbaycana qarşı işğalçılığını heç vaxt tənqid edən sənəd qəbul etməyib. Habelə işğal dövründə Ermənistan Azərbaycan torpaqlarındakı məscidləri və bir çox tarixi dini abidələri dağıdıb. Rejim və deputatları nə onda, nə də indi müsəlman torpaqlarında ermənilərin törətdikləri vəhşiliklərə münasibət bildirməyiblər.

Onların bu məsələdə İslam Əməkdaşlıq Təşkilatının adını hallandırması və ona müraciət etməsi çox gülünc görünür. Çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı təşkilatın qəbul etdiyi qətnamələrin və başqa sənədlərin tələblərinə Tehran rejimi heç vaxt əməl etməyib. Əksinə, işğalçı Ermənistana yardımlar edib və edir. Bu qurumun islam həmrəyliyindən danışması isə ikiüzlülüyün zirvəsdir. Çünki İran rejimi Azərbaycan ərazilərinin işğal olunmasında ermənilərdən az rol oynamayıb.

İƏT-in üzvləri Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan Ermənistanla diplomatik münasibət qurmayıb və ya bərpa etməyib. O biri ərəb dövlətləri Azərbaycanın, müsəlman dövlətin ərazi bütövlüyü pozulduğuna görə Ermənistanla münasibətlərə fasilə verib. Tehran rejimi isə torpaqların işğalda qalması üçün ermənilərə maddi, hərbi, siyasi və təbliğat baxımından yardım edib, dəstək verib. İran İslam Respublikası yarandığı gündən müsəlman dövlətləri ərazisində terrorlar törədib. Səudiyyə Ərəbistanı və Azərbaycanın səfirlikləri və diplomatik missiyalarına terror hücumları təşkil edib. Bu rejim ərəb dövlətlərində, Azərbaycan ərazisində terrorçu qruplar saxlayır, bu cinayəti dəstəkləyir.

Bu Tehran rejimidir, müsəlmançılığı əlində saxtakarcasına bayraq edən, ərəb və türk dünyasına düşmənçiliyini gizlədə bilməyən “İslam Respublikası”. Onun parlamentindən də belə məntiqsiz, terrorçusayaq bəyanat gözləniləndir, lap elə “Axsaq atın, kor nalbəndi” kimi….

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO