Tokayevin görüşü uğurla nəticələndi - FOTO
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya rəsmi səfəri və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarının müvəffəqiyyətlə baş tutduğunu söyləyib.
Rakus.az xəbər verir ki, Qazaxıstan Prezidenti görüşün nəticələri barədə Twitter səhifəsində məlumat verib.
“Görüşün nəticələrinə görə konkret razılaşmalar əldə olundu. Moskvaya səfərimi uğurlu hesab edirəm”, Tokayev yazıb.
O, Putinlə danışıqların mövzuları haqqında məlumat verib: “Biz Qazaxıstan-Rusiya əməkdaşlığının hazırkı vəziyyətini və yaxın perspektivlərini müzakirə etdik, eləcə də beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi apardıq”.
Провел переговоры с Президентом РФ В. Путиным. Обсудили современное состояние и ближайшие перспективы всестороннего казахстанско-российского взаимодействия, а также обменялись мнениями по актуальным вопросам международной повестки дня. pic.twitter.com/XajpqltgBU
— Qasym-Jomart Toqayev (@TokayevKZ) April 3, 2019