Tornado 12 gündür ABŞ-ın mərkəz statlarında tüğyan edir
ABŞ-ın Kanzas ştatında çərşənbə axşamı baş vermiş tornado evlərə və ağaclara ziyan vurub.
Kanzas Sitinin qərbindən keçən tornado nəticəsində 12 nəfər xəsarət alıb. Fırtınaların Nyu-Yorkadək gedəcəyi bildirilir.
Kanzas Siti Beynəlxalq aeroportu müvəqqəti olaraq bütün uçuşları təxirə salıb və fırtınanın ərazidən keçməsi səbəbilə insanları terminallardan avtomobil qarajlarına yerləşdirib.
Eyni zamanda Kanzasa qonşu orta-qərbərb ştatları Ohayo və İndianadan da çərşənbə axşamı bir neçə güclü tornadolar keçib. Nəticədə bir nəfər ölüb, 130-dan çox adam yaralanıb, evlərə, məktəblərə və iş obyektlərinə ciddə zərər dəyib.
Milli Metereoloji Agentliyin verdiyi məlumata görə, Aydaho və Kolorado ştatlarının şərq bölgələrində bazar ertəsindən çərşənbə axşamına keçən gecə ərzində 50-dən çox tornado müşahidə olunub.
Agentlik bildirib ki, artıq 12 gündür ardıcıl olaraq ABŞ-da tornadolar müşahidə olunur.