Tovuzda iki nəfər dağıntılar altında qaldı - FOTO
Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb.
Rakus.az xəbər verir ki, partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuzda evdə baş verən partlayış zamanı xəsarət alanlar xəstəxanaya aparılıb:
“1964-cü il təvəllüdlü Qurbanova Zemfira travmatik şok və yuxarı ətrafların soyulmuş yarası, 1992-ci il təvəllüdlü İmamverdiyev Həsən isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Onların həyatı təhlükəsi yoxdur”.