Dünya 08.02.2020 23:39

Tram bəraətinə sevinir – insanlar etiraz edir – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışında Senatda impiçment məhkəməsində onun vəzifəsindən kənarlaşdırılmasının qarşısını almış bəraət qərarını təntənə edib.

Rakus.az xəbər verir ki, “Mən həyatımda səhvlərə yol vermişəm, etiraf etməliyəm. Amma bilərəkdən deyil. Ancaq son nəticə budur”, deyən prezident əlində baş səhifəsində “Tramp bəraət aldı” yazılmış “Washington Post” qəzetinin nüsxəsini nümayiş etdirib.

Ağ Evə dəvət edilmiş prezidentin hüquqşünaslardan ibarət komandası və kabinetinin üzvləri, Respublikaçı qanunvericilər və administrasiya üzvləri prezidentin 63 dəqiqəlik çıxışı zamanı dəfələrlə onu alqışlayıblar.

“Bu, mənim üçün çox pis bir söz idi”, – Tramp impiçment ifadəsinə işarə edərək bildirib.

“İndi isə bu gözəl ifadədir…tam bəraət”, – Tramp əlavə edib.

Respublikaçı Senatpr Mitt Romni
Respublikaçı Senatpr Mitt Romni

Prezident Senatda onun vəzifə səlahiyətlərini pozmasına dair impiçmentin birinci maddəsinə əsasən vəzifəsindən kənarlaşdırılmasına səs verən yeganə Respublikaçı Senator Mitt Romnini tənqid hədəfinə çevirib.

Romni “uğursuz prezidenliyə namizəd dindən əl ağacı kimi istifadə edib. Mən dinlərindən düzgün etmədikləri işə görə istifadə edən insanları sevmirəm. Mən həm də `sənin üçün dua edirəm` deyib, amma özləri də bunun belə olmadığını bilən insanları da sevmirəm. Çox insana zərər dəyib və biz bunun belə davam etməsinə imkan verə bilmərik”, – Tramp əlavə edib.

Bu arada çərşənbə günü Senatın impiçment məhkəməsinin ABŞ Prezidenti Donald Trampa bəraət qazandırmasına etiraz edən kiçik qruplardan ibarət insanlar Birləşmiş Ştatların böyük şəhərlərində küçələrə çıxıb.

Rakus.az xəbər verir ki, Senatın qərarından sonra nümayişçilər Vaşinqtonda yerləşən Kapitolinin qarşısına toplaşaraq səsverməni qınayıb və Trampın vəzifəsindən uzaqlaşdırılmasına çağırıb. Onlar şahidlərin məhkəməyə dəvət edilməməsini rüsvayçılıq kimi qiymətləndirərək Respublikaçıları dəlilləri gizlətməkdə günahlandırıb.

Nyu-Yorkda bir sıra etirazçılar Respublikaçı senatorları “qorxaq” adlandıraraq, bütün etdikləri əməllərin onlara noyabr seçkilərində xatırlanacağını deyiblər.

Sayca az olsalar da etirazçılar Texas ştatının San-Antonio şəhərində bir araya gəlib.

Etirazlar habelə Boston, Filadelfiya və Çikaqoda keçirilib. Onlarla etirazçı Floridadan Republlican senator Marko Rubionun Orlando ofisinin qarşısına toplaşaraq Senatın qərarını pisləyib.

Çərşənbə günü ABŞ Senatı impiçment məhkəməsində Prezident Donald Trampa bəraət qazandırıb.

Onun siyasi divident naminə Ukraynaya təzyiq göstərməsi ilə bağlı ittihamların doğru olduğuna səs verən yeganə Respublikaçı Senator Mitt Romni olub.

Senatdakı Demokratlar prezidentə qarşı hakimiyyətdən sui-istifadə və Konstitutsiyanı əngəlləmək ittihamlarının təsdiq olunması üçün tələb olunan 67 səs qazana bilməyiblər.

Trampın impiçment məhkəməsi Birləşmiş Ştatların 243 illik tarixində prezidentə qarşı üçüncü belə məhkəmə olub. 19-cu əsrin ortalarında və 21 il öncə Bill Klintona qarşı iddialar da Senat məhkəməsi tərəfindən rədd edilmişdi.

Lakin Tramp yeganə impiç edilmiş prezidentdir ki, qarşıdan gələn seçkilərdə yenidən namizəd olacağı gözlənilir.

Prezident çərşənbə axşamı illik hesabat məruzəsində impiçmentə toxunmadı. Ancaq bütün bu müddət ərzində Tramp impiçment prosedurlarını “cadugər ovu” kimi qələmə verib.

İmpiçment maddələri Trampı Ukrayna Prezidnti Volodimir Zelenskiyə sabiq vitse-prezident Co Bayden və oğlunun araşdırılması istiqamətində təzyiq göstərməklə səlahiyyətlərindən sui-istifadə etməkdə və Kyivə Rusiyapərəst separatistlərə qarşı mübarizədə istədiyi $391 milyon dollar məbləğində hərbi yardımı müvəqqəti saxlamaqda ittiham etmişdi.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO