Dünya 05.05.2019 23:07

Tramp ABŞ ilə Rusiya arasında güclü ittifaq istəyir

ABŞ Prezidenti Donald Tramp deyib ki, ABŞ-la Rusiya arasında güclü ittifaq daha yaxşı qlobal cəmiyyət ilə nəticələnəcək.

Rakus.az xəbər verir ki, o deyib: “Rusiya ilə yaxşı, əla münasibət qurmaq üçün böyük potensial var”, Tramp Rusiya prezidenti Vladimir Putinlə müsbət kimi qiymətləndirdiyi telefon danışığından bir gün sonra atdığı tvitdə yazıb. “Dünya daha yaxşı və təhlükəsiz yer ola bilər”.

Tramp bir saatdan çox davam edən telefon söhbəti zamanı Putinlə müzakirə etdiyi məsələlər arasında Venesulanın da olduğunu söyləyib.

Tramp cümə günü gündüz Oval ofisdə müxbirlərə bildirib: “O, Venesuelaya müdaxilə etməyi düşünmür, sadəcə olaraq Venesuelada müsbət hadisələrin baş verməsini istəyir. Mən də elə düşünürəm”,

Slovakiyanın Baş Naziri Piter Pelleqrinin yanında çıxış edən Tramp Putinlə Venesuela məsələsinə dair müzakirəsini “çox müsbət” qiymətləndirib.

Son günlər Vaşinqtonla Moskva arasında Karakasda getdikcə sabitliyi pozan hadisələr səbəbilə gərginlik artıb. Tramp administrasiyası Rusiyanı Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən gedərək, ölkədən qaçmasının qarşısını almaqda günahlandırıb.

“Bu, bizim yarımkürədir” – deyə, milli təhlükəsizlik müşaviri Con Bolton çərşənbə günü bildirib. “Rusiyalılar oraya müdaxilə etməməlidir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftənin əvvəli ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığı zamanı Pompeoya Venesuelada hər hansı aqressiv addımların atıldığı təqdirdə “ağır nəticələrin” olacağını deyib. Bu isə Vaşinqtona hərbi müdaxilə etməməsi üçün təhdid kimi dəyərləndirilir.

Pompeo və Lavrovun gələn həftə Finlandiyada Arktika Şurasının nazirlər sessiyasının çərçivəsində görüşəcəkləri gözlənilir və böyük ehtimalla müzakirə mövzusu Venesuela olacaq.

Onların görüş zamanı istədikləri mövzunu müzakirə etmək şansları olacaq,” Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Pompeonun səfərindən öncə müxbirlərə bildirib.

Bolton, müdafiə naziri Patrik Şanahan, müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Con Rud və ABŞ-ın Cənubi Komandanlığının komandiri Dəniz Donanmasının admiralı Kreq Faller daxil olmaqla prezidentin milli təhlükəsizlik komandası cümə günü Pentaqonda gizli məsələlər və hərbi əməliyyatların yüksək səviyyəli müzakirəsi üçün nəzərdə tutulan otaqda görüşüb.

Müdafiə rəsmiləri Venesuela ilə bağlı çıxış yollarını müzakirə etdiklərini söyləyib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO