ABŞ Prezidenti Donald Trampın Ramazan ayında iftar süfrəsi açması ötən illə müqayisdə fərqli olub.
Rakus.az xəbər verir ki, bu dəfə Donald Tramp Amerikanın müsəlman icmaları üzvlərini deyil, yalnız müsəlman ölkələrinin dilomatlarını dəvət edib. Tədbir Amerika müsəlmanları ilə Prezident arasında parçalanmaya işarədir.
Ağ evdə gündəlik orucun açılması, yəni iftarın təməli sabiq prezident Bill Klintonun 1996-cı ildə dəvəti ilə qoyulub. 2017-ci ilə bu ənənəni davam etdirməyən Donald Tramp isə bu il ikinci iftar ziyafətinə ev sahibliyi edib.
“Ramazan insanların qüvvələrini toplayıb, sülh, tolerantlıq və sülhün tərənnüm edilməsidir. Məhz bu ilhamla biz bir araya gəlmişik”, – Tramp deyib.
Birləşmiş Ştatlar prezidenti Donald Tramp bu dəfə yalnız müsəlmanların çoxluq təşkil etdiyi ölkələrin səfirləri və diplomatlarını dəvət edib. Amerikanın müsəlman icmalarının təmsilçiləri isə orada olmayıb.
Müsəlman qruplar hətta dəvət edilsə idilər belə, ziyafətə qatılmayacaqlarını deyib. Belə ki, onlar prezidentin ritorikaları və siyasətinin onları hədəf aldığını düşünür.
“Biz müsəlmanlara qarşı misilsiz nifrət görürük. Çünki prezident və onun administrasiyasının siyasətində islamofoboya legitimləşib və normal hesab edilir”, – Amerika İslam Əlaqələri Şurasında Nihad Avad bildirib.
Onlar müsəlman ölkələrdən mühacirətin məhdudlaşdırılmasına dair çoxsaylı sərəncamları və presidentin müsəlman qanunverici İlhan Ömər və Rəşidə Tlaib haqda anti-semitizm tənqidlərini diqqətə çatdırıb.
Müsəlman qruplar bu hücumları “bölücü” adlandırır.
“O, yəhudilərdən müsəlmanlar, xristianlardan yəhudi və müsəlmanlar əleyhinə istifadə edir. Biz ağlımızı toplayıb bərabər çalışmalıyıq. Çünki bir çox ortaq tərəflərimiz var. Biz biri-birimizi sevirik. Bəzi siyasətlərlə razılaşmaya bilərik, lakin biz bir icma, biz hamımız amerikalıyıq”, – Nihad Avad bildirib.
Tramp müsəlman, yəhudi və xristinalara qarşı son hücumları qınayıb və sülhə səsləyib.
“Allahdan üzərimizdən mərhəmət və yaxşılığını əsirgəməməsini istəyirik. Biz isə övladlarımız və bəşəriyyətə xoş niyyət və ümidlə dolu gələcək uğrunda işimizi davam etdirək.”
Tramp iftara dəvət edilən diplomatik korpusların nümayəndələrinə “dost” və “əziz tərəfdaşlar” deyə müraciət edib.
Amerikanın müsəlman icması ilə gərginliklərə baxmayaraq, Tramp deyib ki, ABŞ-ın əsası bütün dinlərin bərabər yaşaya biləcəyi inamı ilə qoyulub. (Amerikanın səsi)