Trampın böyük oğlu İFADƏ verəcək
Donald Trampın eyni adlı böyük oğlu ABŞ Senatının Kəşfiyyat Komitəsisi qarşısında ifadə verməlidir.
Rakus.az xəbər verir ki, informasiya agentliklərinin məlumatına görə, komitə Prezidentin böyük oğlunu 2017-ci ildə Senatın başqa bir panelində verdiyi ifadəsi ilə bağlı çağırıb.
Onun ifadəsi ilə bağlı suallar Prezident Trampın keçmiş vəkili Maykl Kohenin bu ilin əvvəlində Nümayəndələr Palatası qarşısında 2016-cı ildə bir neçə dəfə oğul Donaldla Moskvada Tramp Qülləsinin inşası planını müzakirə etməsini bildirməsindən sonra qaldırılıb.
Oğul Tramp daha öncə tədqiqatçılara Senatın Ədliyyə Komitəsinə müqavilə haqqında çox az şey bildiyini söyləyib.
Senatın Kəşfiyyat Komitəsi son iki ildə Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsini və Tramp ailəsinin Rusiya ilə əlaqələrini araşdırır. Çağırış xüsusi məsləhətçi Robert Müllerin hesabatının açıqlanmasından sonra hələ də araşdırmaların davam etdiyinə işarədir.