Trampın daha bir səhifəsi bloklandı
“YouTube” video xidməti ABŞ Prezidenti Donald Trampın hesabını azı bir həftəlik müddətə dondurub.
Rakus.az xəbər verir ki, keçən həftə tərəfdarlarını Kapitoli binasına girməyə təşviq etməkdə günahlandırıldıqdan sonra Prezident Donald Trampın video platformadakı hesabı müvəqqəti dondurulub.
Şirkətdən bildirilib ki, minimum yeddi gün ərzində kanala yeni məzmun yükləmənin qarşısı alınacaq və videoların altındakı şərhlər həmişəlik silinəcək.
Bu addım ABŞ prezidentinin həm “Twitter”, həm də “Facebook” hesabına qadağa qoyulduqdan sonra atılıb.
“YouTube” nümayəndəsi deyib ki, hesabın açılması məsələsinə bir həftədən sonra yenidən baxılacaq.
Bundan əvvəl “Twitter” və “Facebook” də Trampı şiddətə təhrik etməkdə günahlandıraraq onun səhifələrinin müddətsiz dondurulduğunu açıqlamışdı. Onların ardınca az tanınan sosial şəbəkələr də eyni addımı atıb.
Xatırladaq ki, yanvarın 6-da Tramp tərəfdarları Konqresin binasına hücum edərək parlamenti son seçkinin nəticələrinin təsdiqlənməli olduğu iclasa ara verməyə məcbur edib. Kapitoli iğtişaşları nəticəsində beş nəfər ölüb.