“Taliban” liderləri Reuters xəbər agentliyinə qrupun keçən həftənin sonundan bəri Dohada ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirdiyini bildirib və əlavə edib ki, yaxın zamanda sülh danışıqları rəsmi olaraq bərpa oluna bilər.
`“Bizim mövqeyimiz eyni olaraq qalır. Sülh danışıqları başlasa, dayandığı mərhələdən başlayacaq”, – Mucahid bildirib.
Tramp “Taliban”la sülh danışıqlarını qrupun sentyabr ayında Amerika əsgərləri də daxil olmaqla, Kabildə 12 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini öz üzərinə götürməsindən sonra dayandırıb.