Trampın maaşa ehtiyacı yoxdur - FOTO
ABŞ prezidenti Donald Tramp dövlət başçısı postunda işə görə aldığı maaşın bir hissəsini – 100 min dolları ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin hesabına köçürüb.
Rakus.az xəbər verir ki, bu barədə o, özünün “Twitter”səhifəsində yazıb.
“Hərçənd mətbuat bu haqda yazmağı sevmir və onların yazmağı mənə lazım deyil – il ərzində prezidentin illik maaşının 400 min dollar ölçüsündə müxtəlif idarələrə verirəm. Bunu mən Daxili Təhlükəsizlik Nazirliyinə verirəm”, – deyə o, 100 min dollar məbləğində qəbzin şəkilini sosial şəbəkədə paylaşıb.
While the press doesn’t like writing about it, nor do I need them to, I donate my yearly Presidential salary of $400,000.00 to different agencies throughout the year, this to Homeland Security. If I didn’t do it there would be hell to pay from the FAKE NEWS MEDIA! pic.twitter.com/xqIGUOwh4x
— Donald J. Trump (@realDonaldTrump) March 18, 2019
Tramp seçkilərdə qalib gəldikdən sonra ildə 400 min dollar təşkil edən prezidentlik maaşından imtina edib. Ancaq qanuna görə bu pulun ödənilməsi lazımdır. Prezident elan edib ki, onu müxtəlif xeyriyyə məqsədlərinə xərcləmək niyyətindədir. (TASS)