Dünya 30.01.2020 23:39

Trampın vədi – Meksika və Kanada ilə yeni ticarət sazişi – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Tramp Meksika və Kanada ilə yeni ticarət sazişi imzalayıb.

Rakus.az xəbər verir ki, Bu saziş onu 3 il əvvəl hakimiyyətə gətirən seçki kampaniyasının vədlərindən biri idi.

Ağ Evdə baş tutan imza mərasimində Nümayəndələr Palatasının yeni sazişin Konqresdə hər iki partiya tərəfindən təsdiq olunmasına kömək edən Demokrat nümayəndələri iştirak etməyib. Senat və Nümayəndələr Palatasından 70 qanunverici imzalama mərasiminə qatılıb.

ABŞ-Meksika-Kanada Sazişi NAFTA adlanan 26 illik Şimali Amerika Azad Ticarət Sazişini əvəz edir. Tramp NAFTA-nı dəfələrlə tənqid edib. O, çərşənbə axşamı keçirilən mitinqdə bu sazişi “tarixdəki ən pis ticarət sövdələşmələrindən biri” adlandırıb.

Yeni qanunvericilikdə avtomobil istehsalı, elektron ticarət və əmək ehtiyatları ilə bağlı daha sərt qaydalar yer alır. Lakin Şimali Amerika ölkələri arasındakı 1,2 trilyon dollar dəyərində ticarət axını dəyişməz qalıb.

Saziş Kanada tərəfindən təsdiq olunana qədər qüvvəyə minməyəcək. Bazar ertəsi Kanadanın İcmalar Palatasında Baş nazir Castin Trudo və digər rəsmilər tərəfindən sazişin tez bir zamanda təsdiq edilməsini tələb edən qanun layihəsi təqdim olunub. Meksika ratifikasiya sənədini ötən il təqdim edib.

“Bu, bizim böyük xalqımızı qoruyan və müdafiə edən mükəmməl və müasir bir razılıqdır”, – Tramp bildirib.

Kanada və Meksika ABŞ malları üçün 2 ixrac marketinə malikdir.

Yeni razılıq və Çinlə imzalanan razılığın birinci fazası ticarət gərginlikərini azaltmaqla yanaşı, qlobal iqtisadi inkişafa yardım etməlidir.

Kanada və Meksika liderləri sazişi 2018-ci ildə imzalayıb. Bir neçə ay davam edən bağlı qapılar arxasında müzakirələrdən sonra demokrat qanunvericilərlə Tramp administrasiyası razılığa dəstək verib.

Tramp respublikaçılara razılığın təsdiqinə görə minnətdarlığını bildirsə də, demokratların rolunu qeyd etməyib. O, demokratların imzalama mərasiminə dəvət edilməməsinə baxmayaraq, təsirlərinin hiss edildiyini bildirib.

“Prezidentin imzaladığı sənəd bizə göndəriləndən fərqlidir. Biz böyük düzəlişlər edə bilərdik. Əgər bacarmasaydıq, razılığı təsdiq edə bilməzdik”, – Nümayəndələr Platasının demokrat spikeri Nensi Pelosi bildirib.

1994-cü ildə qüvvəyə minən NAFTA 3 Şimali Amerika ölkəsi arasında ticarət menələrini aradan qaldırmışdı. Lakin Tramp administrasiyası razılığın fabriklərin ABŞ-ı tərk etməsinə yol açdığını deyirdi.

Azı 40% nəqliyyat vasitəsi işçilərin 16 dollar qazandığı yerlərə köçürülməldir. Bu, ABŞ və Kanadanın xeyrinə olsa da, bu vəsaitin az hissəsini qazanan Meksika işçiləri üçün əlverişli olmayacaq.

ABŞ-ın müstəqil beynəlxalq ticarət komissiyasının hesablamalarına görə, yeni razılıq 68 milyard dollarlıq artımla 176 min yeni iş yeri açmalıdır.

Ətraf mühitin mühafizəsi qrupları da daxil edilməklə, tənqidçilər razılığın qlobal istiləşməni nəzərə almadığını deyir. Bəzi mühafizəkarlar isə sənədin avtomobil və digər malların qiymətlərini artıracağını proqnozlaşdırır. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO