Türk torpağı Abaranın tarixi necə dəyişdirildi? - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ermənistanı əhatə edən 17 mahalımız” adlı süjetdə tarixi yaddaşımızda xüsusi yer tutan, ermənilərin saxtakarcasına “özəlləşdirdiyi” məkanlardan birinə həsr olunub.
Məqsəd tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində mövcud olan mahallar haqqında həqiqətləri gələcək nəsillərə və tamaşaçılara çatdırmaqdır.
Süjetdə erməni xislətinin üzə çıxması və ifşa olunması üçün Qərbi Azərbaycanda mövcud olan Abaran mahalının və eyni adlı rayonun adının və etnik tərkibinin necə dəyişdirilməsi, tarixinin saxtalaşdırılması haqqında məlumatlar yer alıb.
Həmçinin qeyd olunur ki, xalqın tarixi yaddaşını heç vaxt silmək olmur: ”Bütün saxta əməllər, özünə xilaskar tutub qonşuların ərazisini ələ keçirib özününküləşdirmək və bununla da guya tarixinin qədim köklərə söykəndiyini iddia etmək, dünya ictimaiyyətini yalan-palan məlumatlarla aldatmaq xisləti ancaq və ancaq ermənilərə məxsusdur”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
“Türk torpağı Abaranın tarixi necə dəyişdirildi?” başlıqlı süjet mayın 4-də saat 21:00-da Youtube kanalında, mayın 5-də saat 19:30-da isə Baku Tv-nin efirində yayımlanıb.