Dünya 17.12.2020 13:00

Türkiyə Azərbaycana yardımı göndərdi

Türkiyənin Diyanət Vəqfi tərəfindən Azərbaycana göndərilən yardım səlahiyyətli şəxslərə təhvil verilib.

Rakus.az xəbər verir ki, bu barədə Türkiyənin Azrəbaycandakı səfirliyindən bildirilib.

Səhiyyə ləvazimatlarından ibarət yardımın Azərbaycan Müdafiə Nazirliyinə çatdırılması üçün Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətli şəxslərinə təhvil verilməsi mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz iştirak edib.

Səfir Erkan Özoral mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağda 44 gün davam edən müharibənin Türkiyədə ciddi bir həssaslıq yaratdığını və ictimaiyyətin Azərbaycana dəstək göstərmək üçün hər cür səy göstərdiyini bildirib.

Türkiyə Diyanət Vəqfinin Azərbaycanın müxtəlif şəhərlərində bundan öncə də şəhid ailələrini əhatə edən yardım fəaliyyətləri həyata keçirdiyini xatırladan Özoral “Yenə də həmin kampaniya çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinə yataq dəstləri, tibbi geyimlər, maskalar və dezinfeksiyaedici vasitələrdən ibarət müxtəlif tibbi ləvazimatlar ilə yanaşı süd təqdimatı olacaq. Bu həssaslığı göstərdiklərinə görə Türkiyə Diyanət Vəqfinin rəhbərliyinə və Diyanət İşləri Başqanına təşəkkür edirəm”, – deyib.

Səfirliyin din müşaviri Zeki Yavuz Yılmaz təhvil verilən ləvazimatların yardımdan çox dəstək mənası daşıdığını qeyd edərək Azərbaycanın Qarabağdakı qələbə sevincini paylaşdıqlarını və Türkiyə Diyanət Vəqfinin Azərbaycana yardımlarını davam etdirəcəyini bildirib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO