Video müsahibə 02.06.2025 22:10

“Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub. O, soydaşlarımızın problemlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün ölkəmizin hüdudlarından kənarda Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu cür fəaliyyətlərlə Azərbaycan xalqına qarşı zaman-zaman ermənilər tərəfindən törədilmiş soyqırımı və deportasiyalar konkret faktlarla, elmi əsaslarla geniş auditoriyaya çatdırılır.

Millət vəkilinin sözlərinə görə, Qərbi Azərbaycan İcması təmsilçilərinin iştirakı ilə indiyə kimi bir neçə xarici ölkədə bu istiqamətdə tədbirlər baş tutsa da ötən ay Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq konfrans iştirakçı sayına və gündəlikdəki mövzuya görə tamamilə fərqlənib. Belə ki, Türkiyədən 250-ə yaxın iştirakçının, o cümlədən Türkiyə Böyük Millət Məclisi (TBMM) üzvlərinin, dövlət qurumları nümayəndələrinin, universitet rektorlarının, elm və iş adamlarının, qeyri-hökumət təşkilatlarının və media mənsublarının qatıldığı konfransda “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda geniş müzakirələr aparılıb. Beynəlxalq konfransda Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı film nümayiş etdirilib, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev tərəfindən Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub.

Deputat F.İsmayılzadə Ankara konfransına xarici ölkələrdən tarixçi-alimlərin də dəvət olunduğunu xatırladıb. Qeyd edib ki, Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var. Millət vəkili Qərbi Azərbaycana sülh yolu ilə qayıdışın, Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın xarici siyasətində prioritet hədəflər olduğunu dilə gətirib. Deyib ki, soydaşlarımızın ata-baba yurduna dinc və ləyaqətli şəkildə qayıtması, Zəngəzur dəhlizinin açılması Türk dövlətlərinin birləşməsi ilə nəticələnəcək. F.İsmayılzadə ADA Universitetində Qərbi Azərbaycana aid tədbirlərin keçirildiyini, tələbə-gənclərin bu mövzuda təşkil olunan görüşlərdə fəal iştirak etdiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 31-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Video müsahibə / 02.06.2025 22:10
“Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var” - VİDEO
Elm və təhsil, Mədəni / 31.05.2025 22:46
“Dədə Qorqud qoca yox, çox cavan şəxs olub” - VİDEO
Siyasi, Sosial / 30.05.2025 22:20
“Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik” - FOTO - VİDEO
Mədəni, Sosial / 30.05.2025 13:22
“Ermənilərə halallıq vermədik” – Elməddin Cəfərovun “Həyat hekayəsi” – ANONS - VİDEO
Təhlil / 29.05.2025 22:49
“Poqosyan: “Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır”
Siyasi / 29.05.2025 14:57
Bakının İrəvandan tələbi … – ANONS
Mədəni / 28.05.2025 22:15
“Ermənilərin Qərbi Azərbaycanda saxta arxeoloji əməliyyatları” - VİDEO
Mədəni / 28.05.2025 14:09
Protürklər Qərbi Azərbaycanda yaşayıb – ANONS - VİDEO
Gündəm / 28.05.2025 00:02
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Sosial / 27.05.2025 22:49
Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 18:30
“Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı” - VİDEO
Sosial / 27.05.2025 14:42
Çarın türk yurdunda erməni əməliyyatı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 13:22
Qərb erməni yalanlarına inanmışdı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 26.05.2025 22:50
“Naxçıvana pənah gətirən soydaşlarımıza Afiyəddin Cəlilov böyük dəstək oldu” - VİDEO
Elm və təhsil / 24.05.2025 22:48
“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO
Sosial / 23.05.2025 13:22
“40 ildir kəndim üçün darıxıram” – Mübariz Qənbərovun “Həyat Hekayəsi” - VİDEO
Sosial / 23.05.2025 11:49
Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”
Siyasi, Təhlil / 22.05.2025 22:56
Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO
Siyasi / 22.05.2025 13:50
Ermənistan boşaldılır – ANONS - VİDEO
Siyasi / 21.05.2025 22:31
“Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar” - VİDEO
Siyasi / 21.05.2025 14:22
Ermənistan avaralar ölkəsinə çevrilib – ANONS - VİDEO
Siyasi, Sosial / 20.05.2025 22:32
Açıxlı, Acıbac, Acılu – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 20.05.2025 19:48
“Hind mədəniyyəti əsasən müsəlman-türk mədəniyyətinin irsidir” - VİDEO
Siyasi, Sosial / 20.05.2025 14:22
Ermənilərin ölü kəndə çevrdiyi türk yurdu – ANONS
Müsahibə, Siyasi / 20.05.2025 13:45
“Türkiyəsiz Yaxın Şərqdə sülh mümkün deyil” – ANONS