Dünya 24.12.2021 10:30

Türkiyədə şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun adına təsis olunan xüsusi mükafat təqdim edilib - FOTO - VİDEO

Ankarada Türkiyə Xəbər Video-operatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” (Zum) 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, mərasimdə bu il iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafat da təqdim edilib.

Təqdimat mərasimində məlumat verilib ki, Türkiyə Xəbər Videooperatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinə Türkiyə ilə yanaşı, Azərbaycan, Gürcüstan, Braziliya da daxil olmaqla yaxın və uzaq xarici ölkələrdən ümumilikdə 105 video göndərilib.
Tədbirdə nüfuzlu jüri tərəfindən 9 kateqoriyada müəyyən edilən qaliblərə mükafatlar təqdim edilib. Fərqlənən videolar Türkiyə və dünyanın müxtəlif bölgələrində, o cümlədən qaynar nöqtələrdə baş verən hadisələri əks etdirib.

Türkiyənin nüfuzlu telekanallarından olan NTV, “Haber Türk”, “Haber Global”, “A Haber”in əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı Qarabağda apardıqları çəkilişlərə görə nüfuzlu mükafata layiq görülüblər.

Mərasimdə Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafata Azərbaycan Televiziyasının müxbiri Anar Şuşalı və operatorlar İlkin Mehdiyev və Daşqın Abdullayev layiq görülüblər.

Mükafatı təqdim edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, ermənilərin Qarabağda törətdikləri cinayətlər məhz jurnalistlər, videooperator və fotomüxbirlərin əməyi sayəsində dünya ictimaiyyətinə çatdırılıb.

Təqdimetmə mərasimində bir neçə dəfə ikinci Qarabağ savaşını, eləcə də təcavüzkar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı tətbiq etdiyi raket zərbələrini əks etdirən, həmçinin şəhid həmkarımız AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun işğaldan azad olunan bölgələrdə şərəfli vəzifələrini yerinə yetirərkən çəkilmiş kadrlar nümayiş olunub.

Xatırladaq ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə 100 nömrəli orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.

2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

S.Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb.

Bir övladı olan S.Abışov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO