Dünya 31.03.2019 08:45

Ukrayna xalqı yeni PREZİDENT seçir

Bu gün Ukraynada növbəti prezident seçkiləri keçirilir.

Rakus.az xəbər verir ki, 30 milyon səsvermə hüququna malik olan seçici 39 namizədə səs verə biləcək. Belə ki, ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərə 44 namizədi qeydə alsa da sonradan onlardan 5 nəfəri könüllü olaraq seçkilərə qatılmaqdan imtina edib.

Krımın Rusiya tərəfindən ilhaqı və ölkənin şərq istiqamətində gedən döyüşlər səbəbindən 5 milyondan artıq şəxs səsvermədə iştirak edə bilməyəcək. Bundan başqa Mərkəzi Seçki Komissiyası Rusiyada səsvermə reqlamentində dəyişikliklər edib. Belə ki, MSK öz vətəndaşlarına Rusiya ərazisində səsverməni qadağan edib. Əvəzində isə onlara Gürcüstan, Qazaxıstan və Finlandiya mövcud olan seçki məntəqələrində səs verməyi təklif edib. Bu da öz növbəsində 3 milyon Ukrayna vətəndaşının seçkilərdə iştirakını sual altına qoyur.

Prezident seçkilərini 40-dan çox ölkədən 1,5 mindən çox beynəlxalq müşahidəçi izləyəcək. Ümumilikdə Ukraynanın Mərkəzi Seçki Komissiyası 19 beynəlxalq təşkilatı və 17 xarici dövləti təmsil edən 2344 rəsmi müşahidəçini qeydiyyatdan keçirib. Ukraynada hüquq mühafizə orqanlarının 135 min nəfərlik şəxsi heyəti isə seçkinin təhlükəsizliyini qoruyacaq.

Keçirilən sorğulara görə, qarşıdakı seçkilərdə lider üçlüyə cari Prezident Petro Poroşenko, “Batkivşina” lideri Yuliya Timoşenko və şoumen-aparıcı Vladimir Zelenski daxildir.

Xatırladaq ki, ilk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq.

Prezidentin andiçmə mərasimi iyunun 3-dək keçiriləcək. (Report)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO