Dünya 31.08.2020 12:00

ÜST: COVID-19-a yoluxma hələ də geniş miqyasdadır

“Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hələ də geniş miqyasdadır. Xüsusilə Amerika qitəsində, məhz ABŞ, Braziliya və Cənubi Amerikanın digər ölkələrində yüksək həddə yoluxma müşahidə olunur. Hindistanda rekord səviyyədə yoluxma halları qeydə alınıb. Cənubi Afrikadan isə yaxşı xəbərlər var. Burada yoluxma çox olsa da, yeni yoluxanların sayı azalıb. Sakit okeanın qərbində, Avstraliyada, Yeni Zelandiyada da analoji vəziyyətdir. Hər iki ölkədə yeni yoluxma halları azalıb. Avropada isə təəssüf ki, yeni yoluxanların sayının artdığını görürük. Xüsusilə İspaniya və Fransada vəziyyət belədir. Virusun episentri hesab oluna biləcək bölgələr hər yerdədir. Lakin əsas mərkəz ABŞ, Cənubi Amerika və Hindistandır”.

Rakus.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris deyib.

Onun sözlərinə görə, yanvarın 30-da təşkilat beynəlxalq ictimaiyyətin sağlamlıqla bağlı narahatlığını nəzərə alaraq fövqəladə vəziyyət elan edib: “Bu, bizim hamımız üçün lazımi bir tədbir idi. Təşkilatın tərkibində fövqəladə hallar üzrə komitə var. Burada müstəqil ekspertlər fəaliyyət göstərirlər. Onlar nümunələr əsasında vəziyyəti təhlil edir və təşkilatın Baş direktoru Tedros Qebreyesusa fövqəladə vəziyyət elan edib-etməmək barədə məsləhət verirlər. İndi də vəziyyəti yenidən dəyərləndirmək üçün görüşlər keçirilir. İyulda da görüş olub. Ümumi rəyə əsasən fövqəladə vəziyyət davam etməlidir. Nə vaxt ki, bütün ölkələrdə yoluxma və ölüm halları azalacaq, ölkələr arasında yoluxma olmayacaq, o halda fövqəladə vəziyyəti ləğv edəcəyik. Hazırda isə həmin şərtlərdən çox uzağıq”.

Qurumun mətbuat katibi uşaqların maska taxması məsələsinə toxunaraq deyib: “Ümumdünya Səhiyyə Təşkilatı UNICEF və Beynəlxalq Pediatrik Assosiasiya ilə bir araya gələrək uşaqların maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetirib. Ümumiyyətlə, biz 5 yaşından aşağı uşaqların maska taxmasına ehtiyac görmürük. Lakin müəyyən şəraitdə onların da maska taxması vacib ola bilər. Beş yaşından yuxarı uşaalarda isə maskadan necə, harada, nə zaman istifadə olunması və bunun səbəbləri ilə bağlı tövsiyə və təlumatlarımız var”.

O plazma müalicəsindən də danışaraq deyib ki, plazmadan istifadə kifayət qədər köhnə konsepsiyadır. İndiyədək bir çox infeksion xəstəliklərin müalicəsində istifadə olunub. Burada əsas fikir odur ki, əgər kimsə virusa yoluxub və sağalıbsa, bu zaman onun orqanizmində müəyyən antitellər formalaşıbsa, həmin antitellər digər şəxslərin də səhhətini qorumağa kömək edə bilər. Müxtəlif viruslara qarşı təcrübədən keçirilən həmin üsul heç də həmişə işə yaramır. Bundan başqa, plazma müalicəsini tətbiq edərkən ehtiyatlı olmaq lazımdır. Bəzi insanların plazmasında digərlərinin orqanizminə mənfi təsir edə biləcək maddələr ola bilər. Ona görə bu müalicə üsulu yüksəkkeyfiyyətli şəraitdə icra olunmalıdır. Elmi baxımından bu cür hallar araşdırılmalıdır. Plazma terapiyasının işə yarayıb-yaramadığını öyrənmək üçün onu təcrübədən keçirmək lazımdır. Keçmişdə bu üsuldan istifadə olunub, indi də tətbiq oluna bilər.

“Dünyanın müxtəlif ölkələrindən olan ekspertlərdən təşkil olunmuş çoxlu sayda işçi qrupumuz var. Onlar hər bir nümunə üzərində araşdırma aparırlar. Araşdırma sahələrindən biri COVID-19-un genetik strukturudur. Alimlər bu işdə çox yaxşıdırlar. Mutasiya ilə bağlı vacib məqam budur ki, bəzi viruslar çox tez-tez dəyişir. Bəziləri isə sabit olur. Bu virus da çox sabitdir, çox dəyişikliyə uğramır. Dəyişikliyə uğradıqda isə onun özünü necə apardığına baxmaq lazımdır. Ona görə də biz təkcə mutasiyanın olub-olmadığına deyil, eyni zamanda, onun yoluxduğu digər insanlarda hansı xarakterə malik olduğunu öyrənirik. Adətən viruslar mutasiyaya uğradıqda daha az təhlükəli olurlar. Çünki onlar mutasiyaya uğramaqla əslində bizimlə birlikdə yaşamağı, sağ qalmağı öyrənməyə çalışırlar. Əgər çox sayda insanları öldürsələr, bu, onlar üçün uğursuzluq olar. Müəyyən funksiya göstərmələri üçün bizim hüceyrəmizdə qalmalıdırlar.

Pandemiyanlşın nə vaxt bitəcəyinə dair tez-tez suallar verilir. Təşkilatın baş direktoru da bununla bağlı açıqlama verib. O, qeyd edib ki, 1918-1920-ci illərdə müşahidə olunan İspan qripi pandemiyasının ən pis dövrü iki il olub. İndi isə biz artıq nə etmək lazım olduğunu bilirik. İctimai səhiyyəni təmin etmək üçün əlimizdə alətlər var. Bir tərəfdə növbəti elmi nailiyyətləri, məsələn peyvəndin tapılmasını gözləməkdə ikən, digər tərəfdə əllərimizi yusaq, sosial məsafəni qorusaq, lazım olan yerlərdə maska taxsaq, otağımızın havasını dəyişsək, bütün bu lazımı tədbirləri görsək, yoluxmanı azaldarıq. Onun sözlərinə görə, müasir şərtlər bizə pandemiyanın öhdəsindən daha tez gəlməyə imkan verəcək. Ümumiyyətlə isə, heç kim bu pandemiyaya konkret vaxt qoya bilməz.

Vacib məsələ odur ki, yeni yoluxma hallarının harada və necə baş verdiyi öyrənilsin. Məlumdur ki, insanlar birlikdə çox vaxt keçirirlər. Belə hallara yol vermək olmaz. Xüsusilə qapalı məkanlarda insanların bir yerdə toplaşması doğru deyil. Çünki belə olan halda virus asanlıqla insandan-insana yoluxur. Əgər cəmiyyət arasında yoluxma artırsa, həyəcan təbili çalmaq, əhalini lazımi tədbirlər görməyə görməyə, ayıq-sayıq olmağa, tövsiyə olunan əməlləri yerinə yetirməyə çağırmaq lazımdır: əllərimizi yuyaq, sosial məsafəni saxlayaq, maska taxaq, otağımızın havasını dəyişək, pəncərələri açıq saxlayaq, bir yerə yığışmamaq şərtilə mümkün qədər çöldə vaxt keçirək. İnsanların bir yerə toplaşması virus üçün ən yaxşı yoluxma şəraiti deməkdir”, – Marqaret Harris bildirib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO