Dünya 05.11.2020 11:00

ÜST COVID-19 fonunda qripə qarşı peyvəndi tövsiyə edir

Şimal yarımkürəsinə qış mövsümünün yaxınlaşması və COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar ÜST-nin ekspertləri Silvi Briyan və En Moen sosial şəbəkə iştirakçılarının qripə qarşı peyvənd barədə suallarını cavablandırıb. Ekspertlərin gəldiyi əsas qənaət ondan ibarət olub ki, uşaqlar, qocalar, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar mütləq qripə qarşı peyvənd olunmalıdırlar.

Rakus.az xəbər verir ki, yaşadıqları yerlərdə peyvəndetmə imkanları olanlara da təkidlə eyni tövsiyələr verilib.

Gəlin yaxşı xəbərlərdən başlayaq: qrip mövsümünün yenicə başa çatdığı Cənub yarımkürəsində bu təhlükəli xəstəliyə yoluxmanın göstəriciləri “tarixi aşağı səviyyə”yə enib. Bu, təbii ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlərlə bağlıdır. Qeyd edək ki, maskalardan istifadə, fiziki məsafənin saxlanması və əllərin tez-tez yuyulması hər iki sözügedən patogendən qorunmağa kömək edir.

Şimal yarımkürəsində bundan sonra vəziyyətin necə inkişaf edəcəyini söyləmək çətindir. Ekspertlər bir çox ölkələrdə COVID-19-a yoluxanların xəstəxanalara axınının öhdəsindən gələ bilmədiklərini nəzərə alaraq xəstəxanaların daha da yüklənməməsinin qarşısını almağa çağırır. Onlar bu istiqamətdə ən yaxşı vasitə kimi koronavirusa qarşı tətbiq olunan məlum qoruyucu vasitələrdən istifadə etməyi və qrip əleyhinə peyvəndlərin vurulmasını vacib sayır.

Vaksinin məhz bu il tətbiq olunması nə ilə bağlıdır? Görünür, bu həm də onunla bağlıdır ki, qrip immun sistemini zəiflədir və insanın koronavirusa qarşı müqavimətini azaldır. Yeri gəlmişkən, bu iki infeksiyanın bir çox simptomları – ümumi halsızlıq, bədən ağrıları, qızdırma və s. üst-üstə düşə bilər. Dad və qoxu itkisi COVID-19-a xas olan əlamətlər sayılsa da, dəqiq diferensial diaqnozun qoyulması yalnız laboratoriya şəraitində mümkündür.

Ümumiyyətlə, bu və digər xəstəlik yüngül keçdiyi halda evdə də müalicə olunmaq olar. Ancaq vəziyyətin pisləşməsi, nəfəs darlığı və digər təhlükəli simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət olunmalıdır. Müalicə məsələsinə toxunan ekspertlər xatırladıblar ki, hazırda COVID-19-un ağır formalarının müalicəsində öz effektivliyini sübut edən yeganə preparat deksametazon sayılır.

ÜST xalq təbabətinin əleyhinə deyil, ona görə ki, zəncəfil və toyuq bulyonundan hazırlanan supun effektivliyi elmi cəhətdən təsdiqlənməyib. “Amma xoşunuza gəlirsə və bunun sizə kömək etdiyini hiss edirsinizsə, siz onları yalnız həkimin təyin etdiyi dərmanlara əlavə olaraq qəbul edə bilərsiniz”, – E.Moen vurğulayıb.

Sualları cavablandıran ekspertlər onu da qeyd ediblər ki, hətta insan COVID-19-a yoluxandan sonra da qripdən peyvənd olunmalıdır. Xeyr, bu, təhlükəli deyil və immun sisteminiz üçün əlavə yük olmayacaq. Bir məsələni də qeyd edək: ötən il edilən peyvənd builki ştammdan qorumur. Birincisi, o ötən ilkindən fərqli ola bilər. İkinci səbəb isə peyvəndin get-gedə öz təsirini itirməsidir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO