ÜST ruhdan düşmür – 100 ölkədə koronavirus qorxusu – TƏHLİL - FOTO
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın 100 ölkəsində koronavirusa 100 mindən çox yoluxma hallarının olduğu haqda məlumat verildiyini bildirib.
Rakus.az xəbər verir ki, təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib: “Vəiyyət çox ciddi olsa da, bu, bizi ruhdan salmamalıdır. Hər kəsin hər yerdə edə biləcəyi çox şey var”.
O, İtaliyanın “koronavirusun yayılmasının qarşısının alınması və ölkənin müdafiəsinə yönəlmiş cəsarətli addımlar atmasına” yüksək qiymət verib, Ümumdünya Səhiyyə Təşkilatının İtaliya ilə həmrəy olduğunu və ölkəi dəstəkləməyə davam etdiyini deyib.
İtaliyada koronavirusa qarşı mübarizə çərçivəsində ölkənin şimalında 16 milyon insanın yaşadığı bölgə karantinə alınıb.
İtaliya Çindən sonra koronavirusa yoluxma nəticəsində ən çox insanın öldüyü ölkədir. Bazar günü axşam İtaliyada koronavirusa 7,375 yoluxma halı və 366 ölüm hadisəsi qeydə alınıb.
ABŞ-da koronavirusa yoluxşma nəticəsində azı 19 ölüm halı təsdiqlənib. Prezident Donald Trump “Twitter” səhifəsində Ağ Evin koronavirusa qarşı “koordinasiya edilmiş mükəmməl plan hazırladığını” yazıb.
ABŞ-ın baş cərrahı Cerome Adams CNN tele kanalına müsahibəsində bildirib ki, bazar ertəsinə qədər iki milyondan artıq test avadanlığının hazır olacağı gözlənlir.
Nyu-Yorkda virusa yoluxanların sayı 109-a çatıb. Ştatda fövqəladə vəziyyət elan edilib.
Fransada virusa yoluxanların sayının 1126 nəfər, həyatını itirənlərin sayının isə 19 olduğu bildirilir. Almaniyada 795, İspaniyada 441, İngiltərədə 209, Hollandiyada isə 188 nəfər koronavirusa yoluxub.
Misirdə virus səbəbindən bir Almaniya vətəndaşının öldüyü bildirilir. Bu, Almaniyanın koronavirusa yoluxma nəticəsində ilk ölüm halıdır.
Səudiyyə Ərəbistanında Əl-Kadi bölgəsində koronavirus səbəbi ilə müvəqqəti karantin tətbiq edildiyi açıqlanıb.
Bolqarıstan, Kosta Rika, Kolumbiya, Malta, Maldiv adaları, Paraqvay koronavirusa ilk yoluxma hallarını təsdiq edib.