Valentina Matvienko: “Azərbaycan Prezidentinin təşəbbüsünü hərarətlə alqışlayırıq”
“Parlamentlərarası əlaqələrin qurulması və MDB məkanında ölkələrimiz arasında dostluq əlaqələrinin gücləndirilməsi üçün MDB PA platformasından istifadə etməyin nə qədər vacib olduğunu hamımız anlayırıq. Parlamentlərarası dialoqunun keçirilməsi Azərbaycan və Rusiya arasında dostluq və səmərəli münasibətlərin göstəricisidir”.
Rakus.az xəbər verir ki, “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu fikirləri Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko bu gün Sankt-Peterburqda keçirilən MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 52-ci plenar iclası çərçivəsində keçirilən görüş zamanı bildirib.
“Biz Azərbaycan Prezidentinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırmağa yönəlmiş təşəbbüsünü hərarətlə alqışlayırıq. Pandemiyanın qarşılıqlı ticarətə təsir göstərməsinə baxmayaraq, iqtisadiyyat və investisiya sahələri yaxşı inkişaf edir. İqtisadi münasibətlərin inkişafında ölkələrimizin potensialı çox böyükdür”, – o deyib.