Dünya 15.07.2020 14:25

Xarici ölkələr Azərbaycanı belə dəstəklədilər - VİDEO

Ermənistan silahlı qüvvələrinin Azərbaycan – Ermənistan dövlət sərhədində üç gündür törətdiyi təxribat  artıq dünya dövlətlərinin və beynəlxalq təşkilatların reaksiyalarını bir-birinin ardınca düzür.

Rakus.az xəbər verir ki, ABŞ hərbi eksperti Lyuk Koffi Azərbaycanı dəstəkləyən statuslar yazıb:

“Ermənistan və Azərbaycan arasındakı son döyüşlərə gəldikdə, bəzi vacib məqamları unutmamalıyıq: Hazırda Ermənistan Azərbaycanın, demək olar ki, 20 faiz torpaqlarını işğal edib. Rusiya Ermənistanın bunu etməsinə icazə verir və İran da bundan faydalanır”.

Birləşmiş Krallıq da sərhəddə atəşkəs rejiminin pozulmasından narahatlığını bildirib:

“Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyimizi bir daha bildiririk”.

Belarus Xarici İşlər Nazirliyinin bəyanatında isə sözügedən hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov mülki əhalinin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb. Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı silahlardan atəşə tutması nəticəsində hərbçilərin həlak olması və yaralanmasına səbəb olan hərəkətlərini, eləcə də, sərhəd bölgəsində atəşkəs rejimini pozmasını sərt şəkildə pisləyib. (Oxu.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO