Dünya 15.10.2024 18:30

“Xarici oyunçular İrəvanın yox, öz maraqlarını güdürlər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi politoloq Yeganə Hacıyeva olub.

O, rəsmi İrəvanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə reqlamenti ratifikasiya üçün parlamentə göndərməsindən, COP29 ərəfəsində anti-Azərbaycan qüvvələrin təzyiqləri, böhtan və əsassız tələblər irəli sürməsindən danışıb, eləcə də Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına (AŞPA) geri qayıtması məsələsinin aktuallaşdığını deyib: “Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan sənədin 3 mühüm bəndini çıxarıb. Beynəlxalq təşkilatlar Ermənistandakı revanşist əhval-ruhiyyəni dəstəkləyir. Bəzi təşkilatlar Azərbaycana qarşı böhtana söykənən proseslərə başlayıblar. AŞPA kiminsə əlində Azərbaycana qarşı alətdir”.

Onun sözlərinə görə, bu gün Ermənistanın Konstitusiyası qeyri-legitimdir: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması təkcə rəsmi Bakı və İrəvan üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün vacibdir. Azərbaycan Ermənistanla təkbətək münasibətlərdə maraqlıdır. Xarici oyunçular Ermənistanın yox, öz maraqlarını güdürlər”.

Y.Hacıyeva Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişləndiyini, eləcə də Qərbi Azərbaycan və Zəngəzur dəhlizi mövzularının prioritet məsələ olduğunu bildirib: “Beynəlxalq mexanizmlər birtərəfli qaydada hazırlanır. Xaricə oturan ermənilər öz xalqının hissləri ilə manipulyasiya edir. Zəngəzur dəhlizi mütləq açılacaq. Çünki Ermənistan belə bir iqtisadi resursdan əl çəkməyəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə oktyabrın 15-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

 

«Внешним игрокам не важна Армения, они заботятся о своих интересах» – Хроника Западного Азербайждана

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, политолог Егане Гаджиева дала интервью ведущей Элладе Сарван.

Она рассказала о том, что Иреван официально направил в парламент на ратификацию постановление о делимитации армяно-азербайджанской границы, о том, как антиазербайджанские силы в преддверии COP29 усиливают давление и нападки на Азербайджан, выступая с необоснованными требованиями, а также о проблеме, связанной с возвращением азербайджанской делегации в Парламентскую Ассамблею Совета Европы (ПАСЕ). «Армения исключила 3 важных пункта из обсуждавшегося документа по делимитации границы.

Международные организации поддерживают реваншистское настроение в Армении. Некоторые организации инициировали процессы против Азербайджана, в основе которых лежит клевета. В чьих-то руках ПАСЕ является инструментом против Азербайджана».

По ее словам, сегодня Конституция Армении нелегитимна: «Подписание мирного соглашения между Азербайджаном и Арменией важно не только для официального Баку и Иревана, но и для всего Южного Кавказа. Азербайджан заинтересован в отношениях тет-а-тет с Арменией. Внешним игрокам не важна Армения, они заботятся о своих интересах».

Е.Гаджиева сообщила, что деятельность миссии Евросоюза в Армении расширяется, а вопросы Западного Азербайджана и Зангезурского коридора являются приоритетными: «Международные механизмы разрабатываются в одностороннем порядке. Армяне, живущие за рубежом, манипулируют чувствами своего народа. Зангезурский коридор обязательно будет открыт. Потому что Армения не откажется от такого экономического ресурса».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось на русском языке 15 октября в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO