Dünya 10.04.2023 11:18

Xərçəng xəstəliklərindən ölənlərin sayı 2040-cı ildə 16,3 milyona çatacaq – HƏKİM PROQNOZU

“Dünyada 2020-ci ildə, təxminən, 9,96 milyon insan xərçəng xəstəliklərindən dünyasını dəyişib. Eyni ildə yeni xərçəng xəstələrinin sayı 19,3 milyon olub. Proqnozlara görə, xərçəng xəstəliklərindən dünyasını dəyişənlərin sayı 2040-cı ildə 16,3 milyona qədər artacaq. Həmin ildə yeni xəstələnənlərin illik sayının 30,2 milyon olacağı proqnozlaşdırılır. Bu da bir daha həm səhiyyəsi üst səviyyədə olan, həm də inkişafa doğru gedən ölkələrdə xərçəng xəstəliyi ilə doğru mübarizə strategiyasının önəmini göstərir”.

Rakus.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev yazıb.

O bildirib ki, Almaniyada çalışdığım bölgənin ən böyük xərçəng mərkəzi və hətta bəzi xərçəng xəstəlikləri üzrə birbaşa mərkəz adını almaq üçün sertifikasiya, audit, eləcə də yoxlama işlərini yekunlaşdırdıq. Yaxın günlərdə xoş xəbəri sizlərlə də paylaşacağam: “Bu istiqamətdə də Almaniya mətbuat nümayəndələri ilə bir neçə proyektə başladıq ki, zaman-zaman bunları da sizlərlə bölüşəcəyəm. Təbii ki, bu mövzuda da xüsusi diqqətimi çəkən elmi-statistik məlumatlar var və bundan sizlərin də mütləq xəbərdar olmasının faydalı olacağını düşünürəm. İnkişaf etmiş dövlətlərin, xüsusən də səhiyyəsi üst səviyyədə təşkil edilmiş ölkələrin əhalisinin 5%-i xərçəng xəstəliyi ilə və ya xərçəng diaqnozundan sonra yaşayır. Ən son elmi statistikaya əsasən Almaniyada təxminən 4,65 milyon insan xərçəng diaqnozu ilə yaşayır. Bunların, təxminən, 27%-i bu diaqnozla hətta 15 il (!) və daha çox yaşayanlardır. İlk üçlüyü ardıcıllıqla süd vəzinin (22%), prostat vəzinin (15%) və bağırsağın xərçəngi (12%) təşkil edir ki, bunların bütün ölkələrdə vaxtından tez tapılması birbaşa hökümətlərin və səhiyyə sisteminin (!) marağında olmalıdır. Ümumilikdə isə Almaniyada illik 502 655 yeni xərçəng xəstəliyi diaqnozu qoyulur. “Cancer Survivor” termini – bir dəfə də olsa xərçəng diaqnozu təsdiq edilən xəstələr – yaxın gələcəkdə səhiyyə siyasətinin əsaslarından birini təşkil edəcəkdir ki, onlara göstərilən xidmətlə tibbin səviyyəsi dəyərləndiriləcəkdir.

Dünyada olan xərçəng xəstəliklərinin ümumiyyətlə 30-50% -in qarşısı öncədən (!) alına bilər. Bu rəqəm Almaniya üçün hazırda təxminən 37% təşkil edir və ümumilikdə bütün xərçəng xəstəliklərinin 19%-i birbaşa siqaretçəkmə ilə əlaqədardır. Müəyyən peyvəndlərin tətbiqi xərçəng xəstəliklərinin qarşısını alır. Elmlə sübut edilib ki, Hepa­tit-B-yə qarşı tətbiq edilən peyvənd qaraciyər xərçənginə yoluxmaya qarşı bir qoruyucu faktordur. Önümüzdəki illərdə müxtəlif xərçəng xəstəliklərinə yoluxma riskini aşağı salan bir çox peyvəndlər istehsal olunacaq. Gələcək aylarda və eləcə də bir ildən sonra bizim də töhfəmizlə olan nəticələrimizi sizlərlə bölüşəcəyəm. O zaman da elmin və problemlərə elmi əsaslarla yanaşmanın insan həyatı üçün önəmi bir daha anlaşılacaq.

Sonda isə bir çox şəxsin mənə uzun illərdir ünvanladığı “Xərçəng xəstəliyi öldürücüdürmü?” və ya “ondan qurtulmaq mümkün deyil ki?” kimi suallarına cavab olaraq buradan da bildirmək istəyirəm ki, xərçəng xəstəliyi ölüm deyil! Elmə əsaslanan düzgün qurulmuş səhiyyə sistemlərində isə ondan birdəfəlik qurtulmaq da mümkündür. Azərbaycan üçün isə qısa olaraq onu da qeyd etmək istəyirəm ki, Prezidentin və ya Birinci vitse-prezidentin tibb məsələləri üzrə köməkçisi institutunun yaranması yuxarıda qeyd edilən məsələlərdə hökümətə ciddi dəstək göstərə bilər və səhiyyə sisteminin inkişafa aparan xidmətlərinin təşkilinə, eləcə də tətbiqinə nəzarət edə bilər”.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO