Səhiyyə 24.09.2019 17:57

Xərçəngin yayılmasının səbəbi məlum olur  

 

Xərçəngin qrip kimi sanki keçici, yoluxucu xəstəliyə çevrilməsi bir çoxlarını narahat edir. Bir neçə müddətdir bu kütləviliyə səbəb kimi içməli sudan şübhələnirdilər.
İndi alimlər də bu fərziyyənin üzərində dayanıb və bu barədə analitik araşdırma aparıblar.

Rakus.az xəbər verir ki, bir qrup Amerika alimi əhalini içməli su ilə təmin edən 48 362 kommunal sistemi yoxlayıb. Suda olan kanserogen təsirli maddələrin siyahısı, miqdarı və təsiri araşdırılıb.

Bu araşdırmanın nəticələri artıq dərc edilib.

“İçməli su çox mürəkkəb faydalı və zərərli maddə birləşmələri ilə zəngindir, hazırda hökumət sağlamlıq üçün içməli su keçiricilərinin təhlükəsini çox az parametrlərlə və yalnız iri stansiyalarda aparır – deyə araşdırmanın müəllifi bildidir. – Realda isə havadan da çox su çirklənməyə məruz qalır, lakin su hava kimi ciddi, geniş yoxlamalara uğramır. Yeni analiz metodu suyun kumulyativ qiymətləndirilməsinə əsaslanır”.

ABŞ Səhiyyə qurumlarının məlumatına görə, normal yaşam şəraitində xərçəng 70 yaşdan sonra baş verir. Əgər onkoloji diaqnoz artıq daha gənc yaşda insanları əhatə edirsə, burda ətraf mühit, xüsusən içməli su amili diqqətdə saxlanmalıdır.

Xərçəngin yaranmasında sudan gələn təhlükə suyun mərgümüşlə (mışyak) çirklənməsidir. Eləcə də suyun dezinfeksiyası üçün istifadə edilən məhsullarda olan radioaktiv uran və radium kimi elementlərin çox olmasıdır.

Ən yüksək risk olan su daha çox kiçik qəsəbə, ucqar əyalət yaşayış məskənlərini təmin edən su təchizatı mənbələrindədir. Çünki burda qrunt sularından istifadə edilir.

İri şəhər, paytaxt su təchizatı sistemləri insanların sağlamlıqlarının təminatına daha ciddi fikir verir.

Analitik araşdırmalar sübut edib ki, çirkli su, kommunal təsərrüfat və aiddiyyatı qurumların fəaliyyəti həmin ərazidə onkoloji riskin artmasına birbaşa təsir edir.

İçməli su resurslarının kompleks çirklənmə səviyyəsi yüksək olduqca, onkoloji xəstəlik riski bir o qədər artır.
Çox keyfiyyətsiz və zərərli maddələrlə zəngin içməli su həmin ərazi uzrə hər 100 min əhali sayında 12% xərçəngə yoluxmaya səbəb olur.

Əgər Amerika kimi sivil və inkişaf etmiş ölkədə içməli su xərçəngin yayılmasında bu qədər rol oyana bilirsə, o zaman Azərbaycanda əhalinin içməli su təchizatındakı problemləri nəzərə alsaq, burda vəziyyətin daha acınacaqlı olduğunu anlamaq çətin deyil. Məsləhətimiz odur ki, istər marketdən aldığınız, istər birbaşa mənbədən evə gələn suyun təmizlənməsi üçün özünüz tədbir görəsiz və nə olursa olsun özünüzü və ailənizi keyfiyyətli içməli su ilə təmin edəsiz. (medicina.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO