Xəstəlik metastaz verib – “Toppuş bacı”
Əməkdar artist Tünzalə Əliyeva səhhətində yaranmış ciddi problemlə bağlı məlumat paylaşıb.
Rakus.az xəbər verir ki, o, bununla bağlı şəxsi Instagram hesabında yazıb:
“Hər vaxtınız xeyr olsun. Bu sözləri yazmaq mənim üçün çox çətindir. Təəssüf ki, xəstəliyim metastaz verib və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 seans kimya terapiyası keçəcəyəm. İnşallah, sağalaram. Əlbəttə, mən hər an hər şeyə özümü hazırlamışam, amma inanıram ki, hər şey yaxşı olacaq. Çünki Zəhra qızım hələ çox balacadır. Mən hələ böyütmək istəyirəm onu. Akademik Cəmil Əliyev və Milli Onkologiya Mərkəzinin rəhbəri Azad bəyə təşəkkür edirəm ki, məni belə diqqətdə saxlayırlar və bütün müalicəni tam təmənnasız edirlər. Bütün kollektivə təşəkkür edirəm”.
Xatırladaq ki, Tünzalə Əliyeva cərrahi əməliyyat keçirib və kimya terapiyası alıb.