Yaponiyanın Kyoto İncəsənət Universitetində yeni tibbi maska növü hazırlayıblar.
Rakus.az xəbər verir ki, yeni maska insanlara koronavirus infeksiyasının yayılmasından qorxmadan yemək və ünsiyyət qurmaq imkanı verir.
Qeyd edilir ki, dizaynerlər üzə taxılmadan əldə yelpik kimi tutula bilən maska hazırlayacaqlar.
Qoruyucu təbəqəyə malik maskanı bir əlinizdə tutaraq eyni zamanda yemək yeyə və ya danışa bilərsiniz.
Layihənin müəllifi Masako Sasakinin dediyinə görə, gündəlik narahatlıqları azaltmaq və ölkədə yeni etiket tətbiq etmək üçün belə bir şey hazırlamaq istəyib.
Artıq 20 nəfər maskanı testdən keçirib. Onlar etiraf ediblər ki, maska ilk baxışdan göründüyündən daha rahatdır.
Könüllülərin dediklərinə görə, maskanın əllə tutulması təhlükəsizlik hissi yaradır.