Dünya 22.01.2024 16:07

Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO

ABŞ və müttəfiqləri İraqda həyata keçirdikləri hərbi əməliyyatlarla Yaxın Şərqdə müharibəni genişləndirib. 1980-ci ildə İran-İraq savaşı, bundan sonra 1990-cı ilin avqustunda Səddam Hüseynin Küveyti iki gün ərzində işğal etməsi regiona hərbi qarşıdurmaların yolunu açan hadisələr sayıla bilər. 1991-ci il yanvarın 17-dən fevralın 28-dək ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya Küveyti İraqın işğalından azad edib. Bu koalisiyaya ABŞ, Böyük Britaniya, Fransa, Misir, Səudiyyə Ərəbistanı, Suriya daxil idi.

Ancaq regionda müharibələr bununla başa çatmadı. 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York şəhərində Dünya Ticarət Mərkəzinə və Müdafiə Nazirliyinin (Pentaqon) binasına edilən terror hücumu regiona hərbi müdaxilə üçün səbəbləri artırdı. Həmin hadisədən sonra ABŞ və müttəfiqləri Əfqanıstanda “Taliban” hökumətini devirib, yerinə dünyəvi hakimiyyət qurdu.

ABŞ və müttəfiqləri 1991-ci ildə İraqda Səddam Hüseynlə haqq-hesabı üzmədiyindən layihə başa çatmamışdı. Odur ki, Bağdadın şübhəli nüvə və kimyəvi silahı səbəbi ilə Vaşinqton və müttəfiqləri 2003-cü il martın 20-də “İraqa azadlıq” əməliyyatı adı altında bu ölkəyə hərbi müdaxilə etdi. S.Hüseyn hakimiyyəti həmin ilin sonunda tam məğlub oldu.

2010-cu ilin payızında 20-yə yaxın ərəb ölkəsində inqilab baş verdi. Bu hadisələr Yaxın Şərq regionunu çox ciddi şəkildə silkələdi. Bu inqilablar bölgə ölkələrini gücdən saldı, avtoritar lider və rejimlərin nüfuzunu zədələdi və s.

Təxminən 3 il sonra regiona və siyasi-hərbi səhnəyə İŞİD adlı terror qruplaşması çıxdı. O, Suriyanın və İraqın bir hissəsini, o cümlədən neft yataqlarını ələ keçirdi.

ABŞ və beynəlxalq koalisiya İŞİD-ə qarşı antiterror əməliyyatına başladı. Bu proses 2019-cu ilədək sürdü. Həmin dövrdə bölgədə yeni-yeni silahlı qruplaşmalar formalaşdı. PKK-nın YPG-PYD adlı terror qrupları, iranyönlü “Həşdi-Şəbi”, “İraq İslam Müqaviməti”, Misirin “Əl-Qamaa əl-İslamiyyə”, “Əl-Cihad”, Səudiyyə Ərəbistanının ”Ən-Nusra cəbhəsi”, “əl-Qaidə”dən sonra ”Əl-Harameyn”, Yəməndə husilər, “Adən-Abiya İslam Ordusu”, “Əsbat əl-ənsar” kimi hərbi-siyasi qruplaşmaları, habelə “Əl-Əksa şəhidləri briqadası” və başqaları ya yeni yarandı, ya da fəaliyyətlərini aktivləşdirdilər.

Vaşinqton və tərəfdaşları 2003-cü ildən Yaxın Şərqdə İraq, Suriya hakimiyyətlərinə və İŞİD kimi terror qruplaşmalarına qarşı müharibə aparıb.

Hazırda adıçəkilən ölkələrin ərazilərində Vaşinqtonun və müttəfiqlərinin qoşunları var. Bununla belə İraqda iranyönlü silahlı hərbi birləşmələr mövcuddur, Suriyada Bəşşar Əsəd hakimiyyəti devrilməyib. Ölkənin bir hissəsi müxtəlif silahlı birləşmələrin nəzarəti altındadır. Ankara hökuməti Türkiyə əhalisini və ölkənin ərazi bütövlüyünü terror hücumlarından qorumaq məqsədilə İraq və Suriyada qoşunlar saxlayır.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Bu hücumu İran hakimiyyəti birmənalı olaraq dəstəkləyib.

HƏMAS-a dəstək məqsədilə Yəməndəki husi qiyamçıları və Livan “Hizbullah”ı da İsrailə qarşı müharibə elan etdiklərini açıqlayıblar.

Husi qiyamçıları Qırmızı dənizdə İsrail və tərəfdaşlarının gəmilərinə hücumlar edir. ABŞ, Böyük Britaniya və daha 20 ölkə bu su hövzəsində gəmilərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə husilərin mövqelərinə hava zərbələri endirir. “Hizbullah” İsrail ərazisini raket atəşinə tutur, qarşı tərəf də cavab zərbələri endirir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qolu da diqqəti yayındırmaq üçün manevrlər edir və HƏMAS, husi və “Hizbullah”ı dəstəkləmək məqsədilə İraq və Suriyada ABŞ-nin hərbi bazalarına hücum edir. Vaşinqton da qarşılıq verir. Məsələn, general Q.Süleymaninin 4 il öncə ABŞ-nin hücumu nəticəsində ölməsi, yaxud onun ən yaxın adamı olan briqada generalı Razi Musəvinin zərərsizləşdirilməsi, İsrailin Dəməşqə raket hücumu nəticəsində Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha dörd zabitin Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələri nəticəsində öldürülməsi ABŞ-İran qarşıdurmasının görünən tərəfidir.

Son 25 ilə yaxın müddət ərzində ABŞ və müttəfiqləri Yaxın Şərqdə bir sıra qüvvələri sıradan çıxarıb, neytrallaşdırıb. Bura Misirdə Hüsnü Mübarək, Liviyada Müəmmar Qəddafi, İraqda Səddam Hüseyn kimi avtoritetlər daxildir. Başqa sözlə hazırda ABŞ-yə və müttəfiqlərinə qarşı müqavimət göstərməyə çalışan qüvvə İrandır. Bu istiqamətdə onun Rusiya, Çin, habelə Şimali Koreyadan dəstək aldığı da istisna deyil. Ancaq onları Vaşinqton və müttəfiqlərinə qarşı açıq müharibə aparanlar sırasına daxil etmək olmaz. Çünki onlar region dövləti deyil, güclü beynəlxalq təzyiqlə üzləşdikdə dəstəyi geri çəkə bilərlər.

Odur ki, Yaxın Şərqdə bütün qüvvələr sıradan çıxarılıb. İndi İran və onun qrupları Birləşmiş Ştatlar və müttəfiqləri ilə bölgədə üz-üzə dayanıb. Bu müharibə hələ ki İraq, Suriya, Yəmən, Fələstinin Qəzza zolağında gedir. Ancaq onun İran daxilinə keçməsi ehtimalı da az deyil. Bu, ABŞ və onu dəstəkləyənlər ilə SEPAH arasında açıq müharibəyə keçməyə bilər. Çünki İran daxilində Tehran hakimiyyətindən narazılıq kifayət qədərdir. Bu prosesin perspektivdə silahlı müqavimətə keçməyəcəyinə təminat yoxdur.

Yanvarın 3-də Q.Süleymaninin ölümünün 4-cü ildönümü mərasiminə toplaşanlara qarşı hücum nəticəsində 103 nəfər ölmüş, 200-dən çox insan yaralanmışdı. Ötən gün isə İranın cənub-şərqində yerləşən Kirman şəhərində bir əsgər 5 xidmət yoldaşını öldürüb. Oxşar hadisələr perspektivdə İranın daxilində silahlı müqavimətin başlayacağı ehtimalını gücləndirir. Bu baxımdan ABŞ və müttəfiqləri İrana fərqli sürpriz də hazırlaya bilər.

Sədrəddin Soltan – “Report” İnformasiya Agentliyi

XƏBƏR LENTİ
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov 
Maraqlı, Sosial / 20.01.2024 21:26
“Ləmbəli deportasiyası şahidlərin dili ilə” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Kriminal, Təhlil / 20.01.2024 13:01
20 Yanvar: Vətən, torpaq, azadlıq uğrunda mübarizə – TƏHLİL - FOTO
Gündəm / 20.01.2024 00:01
Qanlı Yanvardan 34 il keçir – Şəhidlərimizin ruhu şad olsun! - FOTO
Maraqlı, Sosial, Video müsahibə / 19.01.2024 20:19
“Ermənilər Basarkeçərdən kəndimizə gələn azuqəni kəsdilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.01.2024 17:43
Kremldən İrəvana ismarış: “Sərhədlərdən heç yerə getmirik” – TƏHLİL
Sosial / 19.01.2024 12:49
“Ermənilər kəndlərimizə atəş açırdılar” – Murad Məmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi / 18.01.2024 20:38
Əliyev 100 illik xəritəni masaya gətirir – Qərbi Azərbaycan planının detalları - FOTO - VİDEO
Siyasi / 18.01.2024 14:07
Azərbaycanın xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklifi – ANONS - VİDEO
Maraqlı, Sosial / 17.01.2024 20:29
Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - FOTO - VİDEO
Siyasi / 17.01.2024 14:15
Gəlmə ermənilər Ellər rayonunu necə zəbt etdilər? -ANONS - VİDEO
Dünya, Siyasi / 16.01.2024 20:08
“Erməni alimlər öz tapıntıları ilə erməni yalanını ifşa etdilər” - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 16.01.2024 19:53
“Ermənilər həqiqəti gizlətmək üçün Moskva kitabxanasından qəzet nüsxələrini oğurlayıblar” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 16.01.2024 15:06
İrəvanın gerçək tarixi ermənilərin dili ilə – ANONS
Siyasi / 16.01.2024 14:39
“Qərbi azərbaycanlılar Xankəndiyə köçürülsünlər” – TƏKLİF
Dünya, Təhlil / 16.01.2024 14:32
Erməni ideoloqların və KİV-lərin tarixi təhrif etmə metodu – TƏHLİL
Müsahibə / 16.01.2024 13:05
Qaçaq Qurbanı ermənilərdən kim xilas edib? – ANONS - VİDEO
Mədəni / 16.01.2024 09:50
Təəssübkeşlik və elə-obaya bağlılıq – 60 ilin həyat kredosu
Müsahibə / 15.01.2024 21:19
“Qərbi Azərbaycan 50 milyonluq xalqın prioritet məsələsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 15.01.2024 17:40
Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu göndərib
Maraqlı, Sosial / 13.01.2024 22:12
Qədim Babacan əhalisi hansı səbəbdən keçmişdə kəndi tərk edib? - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 21:03
“Erməni qadın anama demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 14:05
“35 ildir yurdüm üçün qəlbim sızlayır” – Aidə Xudaverdiyevanın “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 12.01.2024 12:45
MEDİA üç yaşını qeyd edir
Hərbi, Siyasi / 11.01.2024 20:29
Erməni ordusu sərhəddən ən azı 5 kilometr geri çəkilir - FOTO - VİDEO