Dünya 13.06.2020 23:39

Yerevanda unudulmuş qətnamələri xatırlatmağa hazırıq…

Məlum olduğu kimi, Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, bu qurumun Ermənistan üzrə məruzəçisi Trayan Besesku Ermənistan ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu arasında yeni magistral yol tikintisi ilə əlaqədar birgə bəyanat yayıblar (bax: https://www.europarl.europa.eu.pdf).

Rakus.az xəbər verir ki, Avropa Parlamentinin deputatları işğal edilmiş ərazi dedikdə Dağlıq Qarabağa bitişik 7 rayondan əlavə bu regionun özünü də nəzərdə tuturlar. Onlar Ermənistanı “münaqişəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dinc yolla nizamlamaq” üçün səy göstərməyə çağırıblar. AZƏRTAC həmin bəyanatın kontent-təhlilini “Avropa Parlamenti: Dağlıq Qarabağ Azərbaycanın qanunsuz işğal edilmiş ərazisidir” adlı materialda təqdim edib (bax: https://azertag.az/ru/xeber/1510299).

Görünür, həmin bəyanatdan sonra Ermənistan-Aİ parlament tərəfdaşlığı komitəsi üzvləri öz vətənlərində güclü ictimai təzyiqlə üzləşiblər. İki gün sonra onlar Avropa Parlamenti tərəfindən ölkələrinə vurulmuş növbəti şapalağa görə bir qədər bəraət qazanmaq məqsədilə cavab bəyanatı ilə çıxış ediblər (bax: https://armenpress.am/rus/news/1018331.html).

Amma sussaydılar, daha yaxşı olardı! Erməni deputatların bəyanatının mətnində isterik frazalar çoxdur. Təbii ki, biz onları bir kənara qoyacaq, yalnız həmin bəyanatda toxunduqları faktoloji məqamlara müraciət edəcəyik. Müəlliflər Dağlıq Qarabağ barəsində “işğal edilmiş” terminindən iki dəfə istifadə etmiş avropalı həmkarlarının səriştəliliyini şübhə altına alırlar. Erməni deputatların bəyanatlarında deyilir: “Dağlıq Qarabağın “işğal edilmiş” adlandırılması ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə əsla uyğun gəlmir və bu, Avropa Parlamentinin (!), Avropa İttifaqının və ümumavropa strukturlarının mövqeyi deyil”.

Deyəsən səriştəlilik məsələsində Ermənistan Milli Məclisi komitəsinin üzvlərinin işləri qaydasında deyil. Görünür, onlar Avropa Parlamentinin əvvəlki üç qətnaməsi ilə tanış deyillər. Halbuki, məhz onlar Avropa Parlamentinin keçmişdə qəbul etdiyi qətnamələrin mətnini bəlkə də əzbər bilməli idilər. Lakin əgər bu, adi amneziyadırsa, biz, bir qonşu kimi terapiya seansı keçirməyə və Yerevanda unudulmuş qətnamələri xatırlatmağa hazırıq.

2010-cu il mayın 20-də Avropa Parlamenti deputat Yevgeni Kirilovun məruzəsini dinləyərək, “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb” adlı 2009/2216 (INI) nömrəli qətnamə qəbul edib (“On the Need for an EU Strategy for the South Caucasus”, bax: https://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+REPORT+A7-2010-0123+0+DOC+XML+V0//EN&language=EN). Bu sənəddə erməni silahlı qüvvələri tərəfindən tutulmuş ərazilər iki dəfə – 8-ci və 10-cu bəndlərdə məhz “işğal edilmiş ərazilər” adlanır. Qətnamə ekspertlər tərəfindən ətraflı təhlil edilib (bax: .: https://1news.az/news/postpred-azerbaydzhana-v-es-rezolyuciya-evroparlamenta-stanet-vkladom-v-ukreplenie-spravedlivogo-podhoda-k-karabahskomu-konfliktu).

İki il sonra Avropa Parlamenti Avropa Şurasına, Avropa Komissiyasına və Avropa xarici siyasət fəaliyyəti xidmətinə tövsiyələrdən ibarət daha iki qətnamə qəbul edib Avropa İttifaqının Ermənistan ilə assosiativ sazişi barədə danışıqlara dair tövsiyələr (2011/2315(INI) nömrəli qətnamə, bax: https://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+TA+P7-TA-2012-0128+0+DOC+XML+V0//EN&language=EN) və Avropa İttifaqının Azərbaycan ilə assosiativ sazişi barədə danışıqlara dair tövsiyələr (2011/2316(INI) nömrəli qətnamə, bax: http://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+TA+P7-TA-2012-0127+0+DOC+XML+V0//EN&language=EN). Bu sənədlərdə Avropa İttifaqının Dağlıq Qarabağa və ona bitişik rayonlara münasibəti məhz işğal edilmiş ərazilərə münasibət kimi ifadə olunub. Hər iki qətnamənin 1b bəndində Dağlıq Qarabağın ətrafındakı ərazi “işğal edilmiş” adlanır. Avropa Parlamenti Ermənistana dair qətnamənin preambulunun (G) bəndində isə qeyd edir ki, “üçüncü ölkəyə mənsub olan ərazilərin işğal edilməsi beynəlxalq hüququn pozulmasıdır”. Beləliklə, Avropa İttifaqı Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını etiraf edir. Avropa Parlamenti Ermənistana dair qətnamənin preambulunun (H) bəndində Azərbaycanın işğal edilmiş ərazilərində erməni qoşunlarının (“Armenian troops”) müntəzəm hərbi manevrlər keçirməsi, ağır hərbi texnikanın və şəxsi heyətin yenilənməsi və müdafiə eşelonlarının dərinləşməsi kimi qanunsuz hərəkətləri barədə xəbərlərə görə dərin təşviş keçirilməsinə istinad edir. Ermənistana dair qətnamənin (z.) bəndi Dağlıq Qarabağın işğal edilmiş ərazilərində erməni əhalinin sayının artırılması məqsədilə Ermənistanın hakimiyyət orqanları tərəfindən məskənlər tikintisi siyasəti barədə xəbərləri təhqiq etməyə çağırır. Bu isə erməni tərəfi üçün aydın səmada şimşək çaxması kimi gözlənilməz olub! – ilk dəfədir ki, Avropa Parlamentinin sənədlərində “işğal edilmiş ərazi” frazası Dağlıq Qarabağa bitişik rayonlara deyil, onun özünə aid edilir! Beləliklə, Ermənistana dair qətnamənin (z.) bəndi Dağlıq Qarabağı “işğal edilmiş ərazi” adlandırır. AZƏRTAC 2012-ci ildə qəbul edilmiş qətnamələri “Avropa Parlamenti Ermənistanı işğalçı dövlət kimi tanıyıb” adlı materialda ətraflı təhlil edib (bax: : https://azertag.az/ru/xeber/240491).

Beləliklə, Avropa Parlamentinin 2009/2216(INI), 2011/2315(INI) və 2011/2316(INI) nömrəli qətnamələrində Dağlıq Qarabağın məhz Azərbaycanın işğal edilmiş ərazisi qismində Brüssel tərəfindən tanınmasını birmənalı olaraq təsdiq edilir. Çox təəssüf ki, Ermənistan-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin dünən bəyanatla çıxış etmiş üzvləri avropalı deputatların səriştəliliyinə şübhə etdikləri halda özlərinin biabırçı siyasi nadanlığını və Avropa Parlamentinin əvvəl qəbul edilmiş qətnamələri barədə bağışlanılmaz dərəcədə məlumatsız olduqlarını göstəriblər.

Bundan əlavə, erməni deputatlar bir daha qəbul edilmiş beynəlxalq sənədləri saxtalaşdıranlar və təhrif edənlər rolunda çıxış etmək istəyiblər. Dünənki bəyanatın müəllifləri avropalı deputatların münaqişəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dinc yolla nizamlanması prosesini sürətləndirmək barədə ədalətli və qərəzsiz çağırışına təəccübləndiklərini bildirməklə nədənsə həmin çağırışı “30 ildən bəri davam edən sülh prosesinin məntiqinə zidd” hesab edib, öz dolaşıq interpretasiyaları ilə dəqiq ifadələri yenidən təhrif ediblər. Onlar güman edirlər ki, “Dağlıq Qarabağın qəti statusu Dağlıq Qarabağ xalqının hüquqi cəhətdən məcburi olan sərbəst fikir ifadəsi ilə müəyyən olunacaq”.

Bircə dəqiqə! Maraqlıdır, görəsən məhz “Dağlıq Qarabağ xalqı”nın fikir ifadə etməsi barədə hansı sənəddə söhbət gedir? Necə deyərlər, kartlarınızı açın göstərin! Axı belə sənəd yoxdur! İki həftədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət başçılarının G8 Zirvə toplantısında birgə bəyanatının qəbul edildiyi vaxtdan 10 il keçir. Həmin bəyanatda nizamlamanın altı prinsipi elan edilib. Bəyanatın mətni ilə tanış ola bilərsiniz: https://obamawhitehouse.archives.gov/the-press-office/g8-summit-joint-statement-nagorno-karabakh-conflict-dmitry-medvedev-president-russi

Həmin bəyanatda “Dağlıq Qarabağın gələcək qəti hüquqi statusunun məcburi hüquqi qüvvəyə malik olan fikir ifadə edilməsi yolu ilə müəyyən olunmasından” bəhs edilir, lakin öz fikrini ifadə etmək hüququnun “Dağlıq Qarabağ xalqı”na veriləcəyi barədə heç eyham da yoxdur. Bundan əlavə, əsassız olaraq guya “ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağı və ya hər hansı başqa ərazini işğal edilmiş ərazi saymadıqları”nı iddia etmək nəyə lazımdır, axı 10 il bundan əvvəl qəbul edilmiş bəyanatda həmsədrlər açıq-aşkar “Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin qaytarılması” barədə danışırlar?!

Ermənilər həmişə yalan danışmaq adətindən əl çəkə bilmirlər! Axı mövcud sənədlərdən görünür ki, onlarda konkret olaraq nə var, nə yoxdur. Biz bu materialda bilərəkdən mənbələrə istinadları təqdim etmişik ki, bizi saxtakarlıqda ittiham etmək mümkün olmasın. Əgər bu sənədlərdə müəyyən məqamlar yoxdursa, onları uydurmaq və təhrif etmək nəyə lazımdır? Əgər bu sənəddə sizin üçün münasib olmayan məqamlar varsa, onu gizlətməyin nə mənası var, axı bütün sənədlər əlçatandır və yalanı asanlıqla ifşa etmək olar!

Buna görə Ermənistan-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin üzvlərindən bir xahişimiz də var, az yalan danışın! İnanın ki, hər dəfə sizi ifşa etmək və adınızı biabırçı lövhəsinə yazmaq bizi bezdirib. Öz cəmiyyətinizə saxta bəyanatlar vəd etmək əvəzinə əvvəlcə sənədlər və qətnamələrlə tanış olun. (Azərtac)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO