Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində türk coğrafiyasının 100 ildən bəri mövcud olan problemi də artıq öz həllini tapmaqdadır.
Rakus.az xəbər verir ki, bir zamanlar türkdilli ölkələri parçalayan, bölən, tarixi diyarımız Zəngəzur bu gün elə həmin ölkələri birləşdirən bir xəttə çevrilir.
1921-ci ildə sovet Rusiyasının Ermənistana hədiyyə etdiyi bu Azərbaycan torpağından keçəcək dəhliz vasitəsilə Naxçıvan Azərbaycana qovuşacaq, coğrafi baxımdan iki yerə bölünən türk dünyası arasında quru əlaqəsi yaranacaq.