Dünya 22.06.2021 09:59

Zəngəzur dəhlizi və iqtisadi inkişaf

Məlum olduğu kimi, iki gün öncə, yəni 15 İyun tarixində Türk Dünyasının iki nəhəngləri arasında əhəmiyyətli və strateji Bəyannamə imzalanıb. Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” Türk Dünyasının strateji planına yeni töhvələr vəd etməklə, daha yeni perspektivlərin yaranmasına əlvərişli şərait yaratmış oldu. Bu sənəd ümumilikdə təkcə Azərbaycanla Türkiyə arasında deyil, eyni zamanda, Türk Dünyasını birləşdirən körpünün iqtisadi gücünü artıracaq.

Mahiyyət etibarı ilə qeyd etmək lazımdır ki, bu əhəmiyyətli və olduqca strateji əhəmiyyətə malik sənəd təkcə Türk Dünyası üçün deyil, ümumilikdə ətraf ölkələrin, qonşu və əməkdaşlıq etdiyimiz dövlətlərin, eyni zamanda, Avropa və Asiyanın bir sıra ölkələrinin iqtisadi mexanizminin yenidən formalaşmasına təkan verəcək.

Bildiyimiz kimi, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizinin aparıcı lokomotivlərindəndir. Bu dəhlizlər üzrə Azərbaycan geniş iqtisadi inkişafında yaxından iştirak edir və regionun bir başa nəqliyyat sektorunun inkişafında əhəmiyyətli rola malikdir, və eyni anda maliyyə dəstəyi ilə yaxından iştirak edir.

Təkcə onu qeyd edə bilərik ki, “Şuşa Bəyannaməsində” geniş yer almış “Zəngəzur dəhlizi” bölməsi öz etibarı ilə bütün Türk Dünyasının iqtisadi potensialına yeni güc vermiş olacaqdır. Bir məqama nəzər salmaqla qeyd edə bilərik ki, bu sənədin gercəkləşməsi daha iri həcmli iqtisadi dövrüyyənin, yəni, Zəngəzur dəhlizi üzərində yerləşən dövlətlərin iqtisadir potensialının birləşməsinə təkan verəcək.

Təkcə rəqəm olaraq qeyd edə bilərik ki, Türkiyə kimi nəhəngin ÜMD (ümumi daxili məhsul) 800 mlrd. Dollara yaxındır, bununla yanaşı, Qazaxıstan Respublikasının ÜDM 200 mlrd Dollara yaxındır, Azərbaycanın ÜDM 49 mlrd-dan biraz artıq, Türkmənistan üzrə isə bu rəqəm 48 mlrd Dollara yaxındır. Ümumilikdə götürdükdə isə, dəhliz üzərindən hərəkət edəcək dövlətlərin iqtisadi potensialı təqribi olaraq 1 trilyon Dollardan artıqdır. Təsəvvür etmək mümkündür ki, bu iqtisadi potensiala malik bir gücün əhəmiyyəti yaxın 5 və ya 10 illiklərdə ölkəmiz üçün hansı prioritetləri qazandıracaq.

Şuşada imzalanan bu tarixi sənəd əsasında iki nəhəngin birgə strateji məqsədi isə, yaxın 5 illikdə Azərbaycanla- Türkiyə arasında xarici dövrüyyənin 15 mlrd Dollara çatdırılmasıdır. Nəzərə alsaq ki, bu gün həmin rəqəm 5 mlrd Dollardan aşağıdır, artıq hansı iqtisadi potensialın yaranmasına səbəb olacağını şahid etmiş oluruq. Eyni zamanda da, Zəngəzur dəhlizinin inkişafı ilk növbədə də Naxçıvanlı iş adamlarının da investisiya qoyuluşuna ciddi pozitiv şərait yaratmış olacaqdır. Ümumi olaraq həmçinin də nəzərə almaq lazımdır ki, bu dəhlizin açılması Avrasiya nəqliyyat şəbəkəsinin yaranmasına səbəb olacaq.

Onu da qeyd edək ki, yaxın 5 illikdə və 10 illikdə ümumilikdə Qarabağ zonası əhəmiyyətli investisiya iqliminin yaranmasına imkanlar yaradır. BP və Signify kimi iri beynəlxalq şirkətlərin bu zonaya investisiya yatızdırmaq niyyətləri artıq bizlərə işarədir ki, Azərbaycanın Qarabağ regionu gələcəyin ən inkişaf etmiş bölgələrinə çevrilmiş olacaqdır.

Hətta qeyd edə bilərik ki, Azərbaycan-Türkiyə münasibətlərinin bu çərçivədə əhəmiyyətli şəkildə genişlənməsi SOCAR-TPAO kimi nəhəng beynəlxalq şirkətlərin də birgə işləməsinə daha da əlverişli imkanlar yaratmış olacaqdır. Və, bunun nəticəsidir ki, yaxın gələcəkdə nəinki mövcüd olan şirkətlərin iqtisadi əlaqələri genişlənmiş olacaqdır, eyni zamanda da, yeni yaranacaq istehsal sahələrinin inkişafına, yeni yaranacaq transmillik şirkətlərin iqtisadi əməkdaşlığına güc vermiş olacaqdır. Digər bir tərəfdən, Zəngəzur dəhlizinin açılması eyni zamanda da Türkiyə kimi nəhəngin Orta Asiyaya bir başa iqtisadi qapısının açılması, və bu iqtisadi-ticarət qapısının açılması nəticə etibarı ilə bir başa Azərbaycan iqtisadiyyatının da əhəmiyyətli şəkildə inkişafına töhvə vermiş olacaqdır.

Heç şübhə yoxdur ki, bu sənəd yaxın 5-7 ildə Azərbaycanın ÜDM-nin ən azı 60-70 mlrd Dollara çatmasına şərait yaratmış olacaqdır. Bu rəqəm özü özlüyündə məcbur olaraq yaranacaqdır, çünki mövcüd iqtisadi potensialın bu minvalla inkişaf etdirilməsi daha da əhəmiyyətli iqtisadi bazanın formalaşmasına səbəb olacaq.

Qafar Əliyev – iqtisadçı ekspert

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO