Dünya 30.08.2023 19:40

Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Azərbaycanın zəngin tarixi keçmişə malik olan, bölgə üçün strateji əhəmiyyət daşıyan məkanlardan biri  – Zəngəzur  mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Rus-erməni işğalının qurbanına çevrilən mahal” adlı süjetdə ermənilərin onilliklər boyu  regionda gedən mürəkkəb siyasi proseslərdən istifadə edərək əvvəlcə  Azərbaycan torpaqlarında kiçik Ermənistan yaradıb, sonra onun ərazisini havadarlarının hesabına böyütdükləri bildirilir.

Qeyd olunur ki, indiki Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edir: “İnzibati-ərazi vahidi kimi, Zəngəzur XIX əsrin birinci qərinəsinin sonunda meydana çıxıb. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk , 91 kürd və 81 erməni kəndi olub. 1905–1907 və 1914–1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda çox sayda müsəlman həlak olub. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinib, 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilib”.

Diqqətə çatdırılır ki, Zəngəzur ərazisinin böyük bir qismi 1918-1920-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib, yalnız 1921-ci ildə tarixi qəzanın qərb hissəsində Ermənistanın inzibati-ərazisində daxil edilən Zəngəzur qəzası yaradılıb: “Azərbaycan SSR-in tərkibində qalan Zəngəzurun Şərq hissəsi Qubadlı qəzasına çevrilib. İnzibati ərazi bölgüsünə görə, Şərqi Zəngəzurun ərazisi Azərbaycanın Laçın, Qubadlı, Zəngilan rayonlarını və Qərbi Zəngəzur isə hazırda Ermənistanın Sünik vilayətinin ərazisinə daxil olan keçmiş Sisian, Qafan, Gorus və Meğri rayonlarının ərazilərini əhatə edir. Bununla da müasir Azərbaycan dövləti Zəngəzur dəhlizi vasitəsilə iki hissəyə ayrılır. Tarixi Zəngəzurun Azərbaycan sərhədləri içərisində qalan hissəsi Şərqi Zəngəzur, indiki Ermənistan dövləti ərazisində qalan hissəsi isə Qərbi Zəngəzur adlanır.

1988-ci ildə təkcə Zəngəzurda deyil, indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk etdikdən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri erməni vandalları tərəfindən dağıdılaraq məhv edildi”.

Süjetin sonunda Azərbaycanın tarixi mahalı olan Zəngəzurun da erməni işğalçılıq siyasətinin qurbanına çevrildiyi, bu gün Qərbi Azərbaycanda qalan Zəngəzurun tarixi Azərbaycan torpağı olduğu, xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizliyin sona çatacağı, vaxt gələcək azərbaycanlıların yenidən tarixi torpaqlarına qayıdacağı vurğulanır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 30-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 30.08.2023 19:40
Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - FOTO - VİDEO
Dünya, Siyasi / 30.08.2023 14:02
Sovet Rusiyası Zəngəzuru niyə 2 yerə böldü? – ANONS
Mətbuat, Siyasi / 29.08.2023 19:53
Ermənilərlə azərbaycanlıların ziyarət etdikləri üç məzar: orada kimlər dəfn olunub? - FOTO - VİDEO
Mətbuat, Sosial / 29.08.2023 14:14
Erməni yazıçının şok etirafları – ANONS - VİDEO
Müsahibə, Mətbuat, Video müsahibə / 28.08.2023 20:00
Njde və Andranikin dəstələri azərbaycanlıları kluba yığıb diri-diri yandırmışdılar - FOTO - VİDEO
Müsahibə / 28.08.2023 12:46
“Ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır”- ANONS
Gündəm, İqtisadi, Video müsahibə / 26.08.2023 20:00
Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO - VİDEO
Hərbi / 26.08.2023 10:51
Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb? – ANONS - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 25.08.2023 19:50
“Basarkeçərdə ermənilər çörək dilənirdilər…” - FOTO - VİDEO
Sosial / 25.08.2023 13:24
“Göyçədə anamın yanında dəfn olunmaq istəyirəm…” – ANONS
Siyasi / 24.08.2023 19:39
Qərbi azərbaycanlıların qaçqın düşməsində SSRİ-nin rolu - FOTO - VİDEO
Siyasi / 24.08.2023 12:56
İrəvana təhlükəsiz qayıdışı nədən asılıdır? – Qərbi Azərbaycan Xronikası - VİDEO
Siyasi / 23.08.2023 19:40
İrandan köçürülən 200 erməni hara yerləşdirildi?
Siyasi, Sosial / 23.08.2023 14:01
“Ərazisi üç dövlət arasında bölüşdürülən mahal” – ANONS - VİDEO
Sosial / 23.08.2023 10:01
Bakıda dövlət qurumları əməkdaşları üçün təlim təşkil olunub - FOTO
Gündəm, Maraqlı / 22.08.2023 21:43
Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.08.2023 19:45
Ermənilərin Urartu yalanının ifşası - FOTO
Gündəm, Sosial / 18.08.2023 19:58
Daşnak şovinistliyi – Nərimanlı müəllimlərin etirazı - FOTO - VİDEO
Sosial / 18.08.2023 13:11
“15 ailə bir yük maşınında kənddən zorla çıxarıldı” – ANONS - VİDEO
Mədəni / 18.08.2023 10:01
ASKEF-in Balkan turu – 5-ci yazı - FOTO
Siyasi / 17.08.2023 19:38
Azərbaycan-Ermənistan normallaşma prosesinə kimlər mane olur? - FOTO - VİDEO
Siyasi, Təhlil / 17.08.2023 13:49
Qloballaşan BMT dünyası – “ağlaşma” üsulu ilə yürüdülən siyasət - FOTO
Gündəm, Siyasi / 17.08.2023 12:20
Paşinyanın ikibaşlı oyunu – Rusiyanın şantaj planı – ANONS
Siyasi, Sosial / 16.08.2023 19:42
27 kəndi rus işğalı zamanı dağıdılan mahal - FOTO - VİDEO
Hadisə, Sosial / 16.08.2023 13:19
Xain xəyanəti – izi itirilən Talın mahalı – ANONS - VİDEO
Mədəni, Sosial / 16.08.2023 11:25
ASKEF-in Balkan turu – 4-cü yazı - FOTO