Zərurət olmadığı halda küçəyə çıxmayın – DİN
Ölkədə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Bakıda daxili karantin postları fəaliyyətə başlayıb.
Rakus.az xəbər verir ki, postlar Bakının giriş-çıxışları ilə yanaşı, şəhər daxilindəki avtomobil yollarında da qurulub. Paytaxta tərəf hərəkət edən hər bir avtomobil iştirakçısı xüsusi postlarda saxlanılır və icazəsinin olub-olmaması yoxlanılır.
Bu gündən başlayan sərtləşdirilmiş karantin rejimi artıq post qurulan bəzi yollarda uzun tıxacların yaranmasına səbəb olub. Bütün bunları nəzərə alan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) vətəndaşlara tövsiyə xarakterli xəbərdarlıq da ünvanlayıb.
BŞDYPİ-nin əməkdaşı Toğrul Nəsirli zərurət yaranmadığı halda sakinlərdən evlərini tərk etməməsini bildirib.
Xatırladaq ki, karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.