Azərbaycan Dəmir Yolları (ADY) QSC Bakı-Pirşağı-Sumqayıt-Bakı istiqamətinə hərəkət edən qatarların qrafikinə dəyişiklik edib.
Rakus.az xəbər verir ki, bu barədə ADY-nın yaydığı məlumatda qeyd olunub.
Sərnişin sıxlığını və müraciətləri nəzərə alaraq, oktyabrın 13-dən etibarən Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir.
Yeni hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.